Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ştaynmayer Azərbaycana iyunun 30-da işgüzar səfər edəcək.
Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Ştaynmayer bu gün Ermənistana səfər edəcək. Azərbaycandan sonra isə Gürcüstana gedəcək.