Astara Pedaqoji Kollecində nə baş verir? - Eksklüziv

13:05 / 31.03.2014

Direktor qəti şəkildə təkzib etdi

“Astara Pedaqoji kolleci Azərbaycanda yeganə təmiz , saf əqidə ilə işləyən kollecdir”

Strategiya.az-a maraqlı məlumat daxil olub. Məlumatda Astara Pedaqoji Kollecində rüşvət alınması iddia olunur. Məlumatda bildirilir ki, “Kəntdən gələn və yaxud da pay-puş sumka ilə gətirən adamlar direktor Əlihəsən və şöbə müdirlərinin qapılarında sumka ilə dayanırlar. İçəri keçərkən artıq şərtlər müəyyənləşir:

1 həftəyə icazə 30 manat

1 aya icazə 200 manat

Axırıncı dərsdən evə getmək 20 manat

Fond pulu 30 manat

Yataqxanada qalmaq 30 manat və s.”

Qarşı tərəfin də fikrini işıqlandırmaq üçün Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən müəllimlə əlaqə saxladıq. Məlumatı diqqətinə çatdırdıqda Əlihəsən müəllim çox sərt reaksiya verdi. Hətta bizi şantajda ittiham etdi. Biz məqsədimizi izah etdikdən və obyektiv sayt olaraq məlumatı dəqiqləşdirmək istədiyimizi bildirdikdən sonra Əlihəsən müəllim məsələyə münasibətini belə bildirdi. “...  qələt eliyir .... Astara Pedaqoji kolleci Azərbaycanda yeganə təmiz , saf əqidə ilə işləyən kollecdir. Məlumatı düz verməyiblər. Siz bu millətdən əl çəkəcəksiz? Belə davam edəcəksiniz milləti şantaj eləməyə ? Nəyə lazımdır ki, bu şantaj? Əlihəsən müəllimlə tanışlığın var dur gəl Astaraya çay içək.  Məktəblə tanış ol”. Bu məqamda biz Əlihəsən müəllimə bildirdik ki, məlumatın birtərəfli olmaması və qarşı tərəfin də fikrini öyrənmək üçün onunla əlaqə saxlamışıq. Əlihəsən fikirinə belə davam etdi:

“Mənim sizinlə işim yoxdu,  sizə o məlumatları verən şərəfsizlər ki, var, siz ziyalı kimi özünüz bunu araşdırmalısız. Siz onu bilin ki, bular hamsı yalan məlumatdı. İşləri gücləri yoxdu, kiməsə söz yaxmaq, kiməsə şantaj yaxmaq... Sizin ki təcrübəniz var. Olar hamsı qələt eliyir,  Siz mənə inanın, bizim kollecdə tam saflıq var. Bilin ki, mən sizə düz deyirəm”.

Strategiya.az daxil olan məlumatı olduğu kimi diqqətinizə çatdırır:

               “Astara Pedaqoji Kolleci təzə yaranmasına baxmayaraq rüşvətin alınmasından ötrü digər kollecləri qabaqlamışdır.Astara pedaqoji kollecinin direktorunun qəbul otağına “elə-belə” girmək mümkün deyil.Kollecin girəcəyində qurulmuş mühafizə postundan “əlin boşdursa içəri keçə bilməzsən” formasında adamları içəri buraxırlar. Kəntdən gələn və yaxud da pay-puş sumka ilə gətirən adamlar direktor Əlihəsən və şöbə müdirlərinin qapılarında sumka ilə dayanırlar.İçəri keçərkən artıq şərtlər müəyyənləşir:

1 həftəyə icazə 30 manat

1 aya icazə 200 manat

Axırıncı dərsdən evə getmək 20 manat

Fond pulu 30 manat

Yataqxanada qalmaq 30 manat

         Kollecdə 1400ə qədər tələbə oxuyur, dərslərdə isə hal hazırda 500-550 tələbə iştirak edir.Tələbələr pedaqoji təcrübəyə getmirlər.Təcrübənin qiyməti 100 manatdır.

         Qiyabi şöbənin müdiri hər ay qiyabiçiləri kollecə çağıraraq yoxlama yazı işini 20 manat, kurs işinə isə 50 manatdan pul yığır. Dövlət imtahan pulları müəyyənləşib. Adi diplom 300 manat, frəqlənmə diplomu 500 manat.

           Təhsil müəssisəsinin direktoru isə uzun müddətdir vəzifədə olan fəlsəfə elmləri doktoru Əlihəsən Əli oğlu Həmzəyevdir. Neçə illərdir direktor işləyən şəxsə bu zaman kəsiyində bircə dəfə də olsun "gözün üstə qaşın var" deyən olmayıb. Təhsil müəssisəsində problemlər göz çıxarsa da, direktor bundan narahatlıq hissi keçirmir. Bizə çatan məlumatlara görə, kollecdə təhsil alan tələbələr qış və yay semestrləri öncəsi şöbə müdiri və direktoru mütləq "görməlidirlər": "Bura təzə daxil olan tələbələr ilk öncə vəziyyətdən xəbərdar olmurlar.

Əlihəsən Həmzəyevin Astaradakı istirahət pansionatından hamının xəbəri var. Dəniz kənarında yerləşən bu istirahət pansionatının uzunluğu 1000 metrdir. Bakıda müxtəlif yerlərdə 5 otaqlı mənzillər alan Əlihəsən Həmzəyev var-dövlətini hara aparır?
             Vaxt keçdikcə onlar kollecdəki sistemə uyğunlaşırlar. Müəllimlər tələbələrə dilləri ilə deyir ki, əziyyət çəkib dərs oxumayın, onsuz da direktor sizi imtahandan keçirməyəcək. Həqiqətən də, belədir. Direktor ixtisas rəhbərlərinə və müəllimlərə dəfələrlə tapşırıb ki, heç bir tələbəyə "şirinlik" olmadan qiymət yazmasınlar. Neçə dəfə olub ki, direktora "hörmət" etməyən tələbələr imtahanlardan kəsiliblər. Bu, ənənə halına çevrilib. Burda pedaqoji kadr hazırlığı aşağı səviyyədədir. Tədris olunan ixtisaslarda savadlı müəllimlər azlıq təşkil edir. İbtidai sinif səviyyəsində savadı olmayan insanlar kollecdə müəllim işləyir.
             Onları direktor nəyinsə müqabilində işə qəbul edib. Tələbə kontingenti arasında təhsil ocağının rəhbər heyətinə qarşı inamsızlıq var. Uşaqlar oxuyub savad almaq istəsələr də, buna imkan vermirlər. Fənn-tədris kabinetləri istənilən səviyyədə deyil. Kitabxana və kompyuter mərkəzində də vəziyyət eynidir". Əldə etdiyimiz bilgilərə görə, sözügedən kollec normal səviyyədə ibtidai sinif müəllimləri yetişdirə bilmədiyi halda, ayrıca xarici dil ixtisasları açıb. İki il müddətinə ingilis dili müəllimləri hazırlayan təhsil ocağı birmənalı olaraq Azərbaycan təhsil sisteminin qəsdinə dayanıb. Qeyd edək ki, Astara Pedaqoji Kollecində ətraf rayonlardan olan tələbələr də təhsil alır. Bunların içərisində Astara, Masallı və Biləsuvar rayonundan olan tələbələr daha çox üstünlük təşkil edir. Həmin tələbələr üçünsə Astarada oxumaq ikiqat xərc tələb edir.Çünki onlar həm burda kirayə ev pulu ödəyirlər, həm də imtahanları "yola verirlər””.

 

                              

                                           


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM