Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatda baş verən bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyini açıqlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov Trend-ə bildirib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq, sığortalanmış işçilərə dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir: “Hamısında olmasa da, əksər müəssisələrdə buna əməl edilir və dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir. Əməl olunmadığı və müəssisə təqsirli hesab olunduğu halda isə müəssisə tərəfindən həmin dəymiş zərər, yəni kompensasiya Nazirlər Kabinetinin müvafiq qərarı ilə ödənilir”.
Xidmət rəsmisi əlavə edib ki, bədbəxt hadisə nəticəsində xəsarət almış işçilərə dəymiş zərərin əvəzi onun əmək qabiliyyətini itirilməsi faizinə görə ödənilir: “Əgər işçinin maaşı 300 manatdırsa, əmək qabiliyyətinin 60-70 faizini itiribsə, o, həmin 300 manatın 70 faizi miqdarında hər ay məvacib alacaq. Ölüm hadisəsində isə ödəniş 100 faiz edilir. Sığorta şirkəti tərəfindən də müəyyən düstur mövcuddur. Bu düstura görə, işçinin ailə tərkibi də, məvacibi də hesablanır. Buna görə də ödənişin məbləği fərqli olur. Bu, işəgötürənlə sığorta şirkəti arasında bağlanmış müqavilə əsasında aparılır”.
İ.Məmmədovun sözlərinə görə, işçi əmək qabiliyyətini itirdiyi və əlilllik dərəcəsi aldığı təqdirdə ödəniş edilir: “İşçi 1 neçə aya sağalacaqsa, öz iş yerində işini davam etdirəcəksə, heç bir kompensasiyadan söhbət gedə bilməz. İşçi əmək qabiliyyətini itirmirsə, ona heç bir kompensasiya ödənilmir. Yalnız xəstəxanada olduğu müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə tərəfindən ona məvacib ödənilir”.
“Baku Steel Company” zavodundakı partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərə kompensasiyanın verilib-verilməyəcəyinə gəldikdə, İ.Məmmədov deyib ki, bunu hələ müəyyən etmək olmaz: “Bunu yalnız həkimlər müəyyən edə bilər. Onlar həkim nəzarəti altında olacaqlar. Əgər əmək qabiliyyətini itirəcəklərsə, itirdikləri əmək qabiliyyətinə görə dəymiş zərərin əvəzi onlara ödəniləcək. Amma qayıdıb işləyəcəklərsə, onlara heç bir ödəniş olmayacaq. “Baku Steel Company” zavodunun işçilərinin əksəriyyəti sığortalanıb. Sadəcə olaraq, “Baku Steel Company”də yalnız onun özü deyil, digər müəssisələr, yəni subpodratçı təşkilatlar fəaliyyət göstərir. Ola bilər ki, onların birində sığorta olmasın. Bunu da araşdırma zamanı üzə çıxarıb müəyyən etmək olar”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM