Ceyhun Ələkbərov: “Xocalı faciəsi zamanı mənim mənsub olduğum nəsildən 40 nəfərə yaxın insan soyqırımın qurbanı olub”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşlatçılığı ilə “Müasir dünya və azərbaycanlıların soyqırım həqiqətləri” mövzusunda konfrans keçirilib. Konfransı açıq elan edən Akadamiyanın rektoru Urxan Ələkbərov 1918-ci il martın 31-də Bakıda və digər ərazilərdə erməni terror təşkilatları tərəfindən törədilən kütləvi qırğınlar və soyqırımı aktlarından danışıb. Xalqımızın başına gətirilən faciələrin beynəlxalq səviyyədə tanıdılması üçün belə konfransların təşkilinin əhəmiyyətini vurğulayan rektor 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın zorla öz yurdlarından qovulmasından, 20-si əsrdə mərhələli şəkildə həyata keçirilən deportasiya siyasətindən söz açıb, ermənilərin təcavüzü, işğalçılıq siyasəti nəticəsində xeyli sayda vətəndaşımızın günahsız qətlə yetirilməsinin siyasi mahiyyəti barədə məlumat verib. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə sektor müdiri Qafar Əliyev isə Azərbaycan xalqına qarşı zaman-zaman soyqırım aktı, etnik təmizləmə, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illər görülən tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdirdi. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov isə qeyd edib ki, ermənilər və onların havadarları 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri dəhşətli soyqırımı aktı, vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar: “Ancaq, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Dövlət başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq”. Daha sonra çıxış edən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov “məndən öncə çıxış edən dəyərli alimlərimiz xalqımızın başına gətirilən soyqırımların mahiyyətini kifayət qədər elmi faktlar və dəlillər əsasında sübut etdilər”,- deyə bildirib: “Mən bir gənc olaraq soyqırımlarının ən dəhşətlisini - Xocalı Soyqırımını 15 yaşım olarkən yaşamışam. Xocalı soyqırımı zamanı 613 nəfər şəhid oldu, mənim mənsub olduğum nəsildən 40 nəfərə yaxın insan soyqırımın qurbanı oldular. Əslində Xocalıda şəhid olmuş hər bir kəs mənim üçün əzizdir və mənim doğmalarımdır. Eyni zamanda onu diqqətinizə çatdırmaq istəyirəm ki, mən əslində fərd olaraq bəşəri bir cinayətin qurbanı olmuşam...”. O, həmçinin “fəaliyyət göstərdiyimiz qısa müddət ərzində əldə etdiyimiz təcrübə onu deməyə əsas verir ki, millətimizə və dövlətimizə bağlı yaranan gənclər təşkilatı, vətənimizin taleyi ilə bağlı hər hansı bir iş görmək, bir plan həyata keçirmək istəyi varsa, müəyyən maliyyə və təşkilati çətinliklər olmasına baxmayaraq onu reallaşdırmaq və başa çatdırmaq mümkündür”, - deyə əlavə edib: “Ona görə ki, gənclik böyük qüvvədir, gənclik öz tükənməz enerjisinə, həyat eşqinə inanır, gənclər qətiyyətli və mübariz olurlar. Bu mənada biz gənclər Ümummilli Liderimiz Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının qurulması, onun daxili və xarici siyasətinin həyata keçirilməsində müasir Azərbaycan gəncliyinin qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsində aktiv rol oynamalıyıq. Mən bir gənc olaraq Azərbaycan gəncliyinin önündə gedən bir çox nümayəndələri ilə şəxsən qürur duyuram. Belə gənclərimizdən Heydər Əliyev Fondunun vitse-prezidenti Xanım Leyla Əliyevanı, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi Tale Heydərovu, Amerika Azərbaycan Alyansının Prezidenti Anar Məmmədovu və İsveçdə yaşayan Seyavuş Derəxtini qeyd etmək istərdim. Azərbaycanın fəxri olan bu gəncliyin Azərbaycan üçün göstərdiyi fədakarlıq biz gənclərə örnək və nümunədir”.
Onun sözlərinə görə, ümummilli Lider Heydər Əliyevin siyasi kursununun layiqli davamçısı cənab Prezident İlham Əliyev, Azərbaycan həqiqətlərini, başda Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını, səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub. O, deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.Bəşər tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı bütün soyqırımların zirvəsində dayanır. Hesab edirəm ki, biz sonadək ermənilərin Azərbaycanla bağlı təcavüzkar addımlar atmasına imkan verməməliyik çünki, ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir”.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir: “Heydər Əliyev Fondu bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fasiləsiz və effektiv işləyən nüfuzlu beynəlxalq təşkilatdır”.
Elnur Eltürk
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM