Muxtar Maniyev: “Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam"

15:33 / 31.03.2014

“Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm”

 

Azərbaycan kinosunun ağırlığını illərlə çiyinlərində daşıyan bir aktyor var – xalq artisti Muxtar Maniyev... Səsi, siması, nəfəs verdiyi rollar evimizin vədəsiz qonağı olub, bütöv bir nəsil onun çəkildiyi filmlərlə böyüyüb. İndi 80 yaşın astanasındadır. Necə deyərlər, sıxılıb bir ömrün son limanına, şəkərin nazı ilə oynayır.
 
Muxtar müəllim sırası seyrələn, xeyir-duasına həmişə ehtiyac duyulan korifey sənətkarlardandır. Özündən soruşsanız, deyəcək, həmişə başımı aşağı salıb işimi görmüşəm, çəkildiyim filmlərin sayı ilə maraqlanmamışam. Amma təsəvvür edirsinizmi: nə az, nə çox, düz 157 filmdə rol alıb. Özü demiş, bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır.
 
Onu ikinci dərəcəli rolların ustası kimi tanısalar da, milli kinomuzda az sayda baş rolda oynayıb ikinci dərəcəli obrazlarla bu qədər yadda qalan qəhrəmanlar yaradan başqa aktyor təsəvvür etmək çətindir.
 
Onun Apa-ya müsahibəsini diqqətinizə təqdim edirik. 
 
Qoy, hər şeyi özü danışsın. Məsələn, danışsın ki, kefi necədir? Kinodan ayrı düşmək, şəkərin qədərindən artıq şirinliyi kefinə soğan doğramayıb?! Baş rolda Muxtar Maniyevdir...  
 
- Desəm, çox yaxşıyam, vallah, yalan olar. Həyat yoldaşımın sayəsində yaxşıyam. O, məni qoruyur. İnan, həkim dərman yazan kimi yoldaşım bilir hansı aptekdə hansı dərman var. Qız qalasının yanında təbii dərmanlar satılan bir aptek var, gedib ordan alır, bütün günü məni güdür ki, görüm, vaxtı-vaxtında qəbul edir, ya yox?! Bu xəstəlik də belədir: dərman içməsən, yalan sözdür ki, sağalacaq. Uşaqlarım da böyüyüblər, hamısının əli çörəyə çatıb, iş-güc sarıdan çətinlikləri yoxdur. Çölə-bayıra çıxmağa yoldaşım mane olur. Deyir, yıxılarsan, bir iş çıxar. Həqiqətən, bizim ailədə belə şeylər olub. Anam yıxılmışdı, heç nə yox, ayağı sınmışdı, elə o sınıqdan da rəhmətə getdi. Ona görə, gözümüz qorxub. Şəkər xəstəliyi bizim nəsildə olub, indi mən də ondan əziyyət çəkirəm. Atam da, anam da – hər ikisi şəkərdən əziyyət çəkiblər.
 
- Ömürboyu səfərlərdə, çəkilişlərdə olubsunuz. Evdə darıxmırsınız?
 
- Bilirsən, mən bekar dayanan adam deyiləm. Kitab yazıram, başqa işlər var, onlarla məşğul oluram. Özüm-özümə iş tapıram. Ona görə, yox, darıxmıram.
 
- Demək, xatirələrinizi yazırsınız. Kitab nə yerdədir, istərdim bir az bu haqda danışaq...
 
- Ondan danışa bilmərəm. Niyə? Çünki gərək tamamlayam, ortalığa çıxaram, sonra rahatlıqla söhbət edək. Bir işə başlayanda, onu başa çatdırmamış danışmağı sevmirəm. O qədər material var. Amma heç yerə vermirəm ki, tamam-kamal başa gəlsin, kitabı ələ götürən adam desin, hə, bax, əhsən, bu, Muxtarın cümləsidir.
 
- Neft-Kimya İnstitutunu bitirəndən sonra kino təhsili almısınız. Neftlə kinonu nə bağlayırdı?
 
- Biz altı qardaş olmuşuq. Atam rəhmətlik bir-bir tapşırmışdı ki, kim hansı institutda oxuyacaq. Bizim boynumuzda haqq olub: atamızın sözündən çıxmayaq! Atam görkəmli, əzəmətli kişi idi. Ona görə, çalışmışam, qardaşlarımın dəstəsindən kənarda qalmayım, oxuyum, bir tərəfə çıxım. Görünür, taleyin işidir də, adamın canında nə istedadı varsa, yol açır ki, sən bu işlə məşğul ol.  
 
- Azərbaycan kinosunda 157 filmdə rol alan neçə aktyor var?
 
- Vallah, deyə bilmərəm. Qorxuram yalan danışam.
 
- Amma özünüzün 157 filmdə çəkilməyinizdən xəbəriniz var?
 
- İnan, yox, səndən eşidirəm. Vallah, həqiqətən bilmirəm. 
 
- Kino tənqidçiləri yazır ki, Muxtar Maniyevin konkret ampluası yoxdur...
 
- Hə, bu, aktyorun imkanlarının genişliyi deməkdir. Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Qətiyyən! Hansı rol təklif olunubsa, oynamışam. Pis olub, yaxşı olub, onu siz deyə bilərsiniz.
 
- Oynamaq istədiyiniz rollar qalıb?
 
- Olub, o qədər olub ki... Sonra gördüm, yox, bu xam xəyaldır. Baxma, təklif olunan rolları geri qaytarmamışam, elə rollar var, onun konkret adamı olur. Ürəyim istəyib, nə olsun, ürək istəməklə deyil axı. Gərək öhdəsindən elə gələsən, alnı açıq olasan.
 
- Azərbaycan kinosunun bugünü necədir? Gedişatı izləyə bilirsiniz?
 
- Sizə bir şey deyim: mən heç vaxt kinostudiyanın rəhbər işlərinə qarışmamışam. Mənə tapşırılan işi yüz faiz yox, yüz əlli faiz yerinə yetirməyə çalışmışam. Amma kinostudiyanın inkişafı üçün əlimdən gələni heç vaxt əsirgəməmişəm. Mən çox şadam ki, bu gün kinostudiyanın rəhbərliyi kinomuzun inkişafı üçün çalışır, əlindən gələni edir. Belə şeyləri görəndə, eşidəndə ürəyim dağa dönür. Bilirsiniz, bu böyük nailiyyətdir və kinostudiyanın içində olan, kinoya bağlı olan adamlar bilirlər ki, kinostudiya necə böyük addımlarla irəli gedir. O binaya təsadüfi adamlar çox gəlib-gedib. Amma işi bacaran, kinoya can yandıran adam bir başqadır. İnanıram ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov bu işləri gələcəkdə də davam etdirəcək. Mən cavan aktyorların püxtələşməsinə, təhsil almasına həmişə kömək etmişəm. İndi də cavanlara əl tutan, onlara kömək etmək istəyənlər var.
 
- Bəs sizin əlinizdən kim tutub?
 
- Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm. Təsadüfən çəkildiyim o qədər filmlər olub ki. Deyiblər, yox, bu Muxtarın roludur, bunun öhdəsindən ancaq o gələ bilər.
 
- Sənət dostlarınızdan ən çox kimlər üçün darıxırsınız?
 
- Darıxdığım o qədər adam var (kövrəlir). Onların yeri görünür, çox görünür...
 
- Ən çox kimlərlə oturub-durubsunuz?
 
- Demək olar, hamı ilə yoldaşlıq etmişəm, hamının karına gəlmişəm. Kinostudiyada boş yerə dostluq etməyinə dəyməz. Kinoya, sənətə gərək can yandırasan, hamının işinə yarayasan. Mən hamının xeyrinə-şərinə yaramışam.
 
- Muxtar Maniyev dövlətin diqqətindən razıdır?
 
- Dövlət mənə xalq artisti adını verib, ev bağışlayıb, prezident təqaüdü alıram. Sağ olsunlar, həmişə diqqət göstəriblər, hörmətimi saxlayıblar. Nazir Əbülfəs Qarayev xətrimi çox istəyir. Mənim də ona hörmətim böyükdür, gördüyü işləri yüksək qiymətləndirirəm. Bilirsən, adamın xətrini elə belə çox istəmirlər ki. Nə də qara gözümə, qara qaşıma aşiq deyillər. İşimi həmişə vicdanla yerinə yetirmişəm, kinonun qabağa getməsi üçün nə bacarmışamsa, onu da etmişəm. Bir işi mənə tapşıranda, burnumdan qan açılsaydı da, çalışırdım onu axıra çatdırım.
 
- Sizi çox yormaq istəmirəm. Sonda nə demək istəyərdiniz?
 
- Özünüzdən muğayat olun, bir-birinizin qədrini bilin. Bircə arzum var: Allah mənə imkan versin, ürəyimdə olan filmlərə çəkilim (kövrəlir). Köhnə vaxtları, çəkildiyim filmləri yadıma salanda... Hamısının üstündə əsmişəm, canımı qoymuşam. O qədər filmlərə çəkilmişəm, indi hamısı gözümün qabağındadır, danışa bilmirəm, gözümdən yaş gəlir... 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM