Musiqili Teatr 106-cı mövsümün ən yaxşılarını mükafatlandırdı

09:15 / 05.07.2016

 

Azərbaycan Dövlət Musiqili Teatrı106-cı mövsümə 17 iyul 2016-cı il tarixində yekun vuracaq. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Strategiya.az-a bildirib ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün uğurlu yaradıcılıq hadisələri ilə zəngin olub. Mövsüm boyu Musiqili Teatrda “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Habelə, teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında maraqlı tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Eyni zamanda teatr “Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib. Kollektivin bəzi üzvləri yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar.

106-cı mövsümün yekunlaşması ilə əlaqədar olaraq Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub. Mehriban Zalıyeva “Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov “Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov “Mövsümün debütü” (kişi), Aydan Qasımova “Mövsümün debütü” (qadın), Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev “Mövsümün perspektivli aktyoru”, Ağaxan Şərifov “Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova “Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova “Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli “Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev “Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova “Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov

“Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub. Həmçinin “Baladadaşın toy hamamı” (Elçin) və “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşaları “Mövsümün ən yaxşı tamaşası” seçilib. Xalq artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Azərbaycanın Xalq artisti Hüseynağa Sadıqov adına “Billur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.

Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM