Əsədin taleyi bu görüşdən asılıdır

09:37 / 05.07.2016

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Kilisdə 7 Dekabr Uninversitetində qatıldığı bir iftar proqramında Ankaranın Suriya lideri Bəşər Əsədlə bağlı mövqeyini növbəti dəfə dilə gətirdi. "Suriyanın başındakı zalımdır, İŞİD-dən daha irəli gedən bir terrorçudur", - deyən Ərdoğan gözləntilərə çox açıq və dəqiq şəkildə cavab verdi.

Strategiya.az publika.az-a istinadən bildirir ki, dövlət başçısı Türkiyənin Suriya ilə bağlı siyasətinin dəyişməyəcəyini bildirdi: "Altı il əvvəl Suriya ilə əlaqədar nə istəyirdiksə, bu gün də eyni şeyləri istəyirik".
 
Gözləntilər isə bu istiqamətdə idi ki, Rusiya və Türkiyə arasında qeydə alınan son yaxınlaşmalar Ankaranın Suriya siyasətinə təsirsiz ötüşməyəcək. Konkret olaraq, söhbət Ankaranın Bəşər Əsədin gələcəyi ilə bağlı mövqeyindən gedir. Bu məsələdə Ankara və Moskva 180 dərəcə fərqli mövqelərdə qərarlaşıb.
 
Amma Böyük Britaniyanın "Financial Times" nəşri yazır ki, Türkiyə və Rusiya Suriya üzrə mövqelərinə yenidən baxırlar. Nəşrin əməkdaşları Erik Solomon və Ketrin Xill Suriyada beşillik vətəndaş müharibəsində bir neçə dönüş anının olduğunu və Suriya müxalifətinin əsas tərəfdarı olan Türkiyənin mövqe dəyişikliyinin də çox güman ki, bu anlardan biri olacağını bildirirlər.
 
Ötən həftə Rəcəb Tayyib Ərdoğan Rusiya hərbi təyyarəsinin vurulması ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq məktubu göndərdi. Britaniya nəşrinin əməkdaşlarının fikrincə, ardınca liderlər arasındakı telefon danışıqları, iyulun 1-də xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovun Soçidə görüşü siqnal verdi ki, Ankara Suriya məsələsində öz mövqeyini yumşaltmağa hazırdır.
 
Türkiyənin xarici işlər naziri həmkarı ilə Soçi görüşündən sonra bildirdi ki, Ankara və Moskva Suriya böhranının siyasi həllinin axtarışı prosesində əməkdaşlıq etməlidir. Sergey Lavrov da analoji fikir səsləndirdi. O, bəyan edib ki, Suriya böhranından çıxış yolunu tapmaq üçün Rusiya və Türkiyə birgə səylərini bərpa edəcəklər. 
 
"Financial Times" qeyd edir ki, İstanbulun Atatürk Hava Limanında 45 nəfərin ölümü, 240 nəfərin ölümü ilə nəticələnən terror aktı Ankaranı Suriya siyasətində yenidən düşünməyə vadar edib. Terror hücumuna görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməsə də, Ankara İŞİD-i gunahlandırır. Terror qruplaşması Suriyadakı beşillik müharibə fonunda öz mövqelərini möhkəmləndirib və Türkiyə-Suriya sərhədinin xeyli hissəsinə nəzarət edir. Türkiyə hökumətinə yaxın nəşrlər də hesab edir ki, İŞİD-in hücumları Ankaranın mövqeyinin dəyişməsi üçün əsaslar verir.
 
"Ölkə daxilində öldürücü terror kampaniyası prioritetlərin dəyişməsinə və Suriya məsələsində Ankaranı öz mövqeyindən imtina etməyə itələyir", - "Daily Sabah" qəzetində Oruç Merve yazıb.
 
Vaşinqton Atlantik Şurasının əməkdaşı Eyron Şteynin fikrincə, Türkiyə Suriyada öz mövqeyini "kiçiltmək" istəyir. Ekspert qeyd edir ki, kürd rəqiblərinin zərərsizləşdirilməsi və İŞİD-in zəiflədilməsi Ankaranın prioriteti olacaq. O, hesab edir ki, bu məqsədlərə çatacağı halda Türkiyə Suriyada rejimin dəyişməsi haqqında tələblərindən imtinaya əvəz olaraq Rusiyanın dəstəyinə bel bağlaya bilər.
 
Amma digər tərəfdən Moskvanın Əsəddən üz çevirməsi istisna edilmir. Rusiya məmurlarının sözlərinə görə, Moskvanın əsas məqsədi Əsədi dəstəkləmək deyil, Suriyanın bütövlüyünü saxlamaq və regionda terrorizmə qalib gəlməkdir. Bundan başqa, Moskva Əsəddən narazıdır. Rusiyanın hərbi dəstəyinə baxmayaraq, hərbi qələbələr qazanılmayıb. Avstraliyanın SBS telekanalına verdiyi müsahibəsində Bəşər Əsədin "Rusiya və İran məni üçün deyil, mənfəətləri üçün döyüşür" söyləməsi də fikirləri qarışdırır.
 
Ancaq mövqelərin kəskin dəyişməsi mürəkkəb məsələdir. Hər iki tərəfdən olan bəzi məmurların fikrincə, Rusiya-Türkiyə münasibətlərində mülayim hava ilk növbədə iqtisadi maraqlar ətrafında cəmlənəcək.
 
Bundan başqa, zidd mövqeləri iqtisadi əməkdaşlıq üçün qeyri-adi adlandırmaq olmaz. Məsələn, Rusiya Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri möhkəmləndirib, lakin Moskva və Ər-Riyad Suriyada tamamilə fərqli tərəfləri dəstəkləyir. Eyni sözləri Türkiyə və İran haqqında da demək olar.
 
Amma Türkiyə tərəfindən dəstəklənən Suriya müxalifətinin bəzi liderləri hesab edirlər ki, onlar Ankara və Moskva arasında münasibətlərdə baş verən istiləşmənin nəticələrini tezliklə hiss edəcəklər. Onlar həmçinin iddia edirlər ki, mümkün dəyişikliklər heç vaxt onların hədəflərinin reallaşdırılmasına təsir etməyəcək. "Fastakim Kama Umirt" qruplaşmasının liderlərindən biri olan İzzəddin əl-Salameh hesab edir ki, türklər müxalifətdən qəti şəkildə üz döndərməyəcəklər: "Çünki bu onların strateji maraqlarına zidd olardı".
 
Hər halda bütün bunlar Türkiyənin Suriya siyasətində mümkün dəyişikliklərlə bağlı ehtimallardır. Çox güman ki, Ankaranın Suriya ilə bağlı siyasətinin yeni cizgiləri Ərdoğanın Putinlə görüşündən sonra daha aydın şəkildə görünəcək. Bu isə çox da uzaqda deyil. Mövlud Çavuşoğlu dünən bildirib ki, prezidentlərin görüşü iyulun sonu-avqustun əvvəllərində keçirilə bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM