Xocasən qəsəbəsinin ərazisində “Lider Cola” şirkətinin istehsal fabrikində partlayış baş verib.
Partlayış nəticəsində şirkətin yaxınlığındakı bir neçə tikiliyə ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə müəssisənin sexində sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin birinin partlaması nəticəsində baş verib. Partlayış nəticəsində yanğın hadisəsi olmayıb və xəsarət alan yoxdur.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.