Türkiyənin hökumət rəsmisi qeyd edib ki, rəsmi Ankara hər iki dövlətlə münasibətləri normallaşdırmağa çalışır. "Sözsüz ki, tərəflərdən hər biri öz maraqların müdafiəsinə cəhd edir. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən normaldır. Türkiyə həmin ölkələrlə ziddiyyətlərin dərəcəsini azaltmağa və mehriban münasibətləri inkişaf etdirməyə çalışır". – deyə ədliyyə naziri qeyd edib.
O, bildirib ki, Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşması hər iki tərəfə sərfəlidir.
Bəkir Bozdağın sözlərinə görə, Türkiyənin Misirlə əlaqələrinin normallaşması məsələsində də müsbət siqnallar var.