“Zamanın çağırışları”: İsrail qondarma “erməni soyqırımı” məsələsində erməni diasporunun nazı ilə oynamamalıdır

23:06 / 07.07.2016

“Jerusalem Post” qəzeti yazır ki, bir neçə gün əvvəl Türkiyə ilə İsrail münasibətlərinin normallaşması haqqında sazişin imzalanmasına baxmayaraq, iyulun 6-da İsrail Knessetinin sədri Yuli Edelşteyn və bu ölkənin parlamentinin bəzi deputatları hökuməti qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar. Bu barədə İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında dərc olunan “İsrail Knesseti və qondarma “erməni soyqırımı”: siyasi təxribat, yaxud sağlam düşüncənin növbəti qələbəsi” sərlövhəli məqaləsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut yazıb.

Knessetdə baş tutan diskussiyaların bəzi təfərrüatını açıqlayan A.Qut qeyd edir ki, İsrail parlamenti məsələni səsverməyə çıxarmayıb, çünki hökumətin mövqeyini təqdim edən portfelsiz nazir Tsaxi Xaneqbi məsələnin təhsil komissiyasında müzakirə olunmasını təklif edib. Yeri gəlmişkən, T. Xaneqbinin özü çıxışında “soyqırımı” sözündən istifadə etməyib, sadəcə 1915-ci il hadisələrini “faciəli hadisələr” adlandırıb.

Erməni diasporunun Knessetdəki lobbiçilərinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında məsələni birinci il qaldırmadıqlarını vurğulayan A.Qut yazır: “Hələ beş il əvvəl Knessetin təhsil, mədəniyyət və idman üzrə komissiyanın iclasında Cənubi Qafqaz üzrə ekspert kimi çıxış edərək vurğulamışdım ki, qondarma “erməni soyqırımı”nın tanınması o vaxt ağır, gərilmiş və gərgin halda olan Türkiyə-İsrail münasibətlərini nəinki sarsıdacaq, həm də məhv edəcək. Türk və yəhudi xalqları arasında 500 illik zəngin tarixi olan qarşılıqlı münasibətlər və anlaşma mövcuddur. Tarixi faktları unutmamalıyıq. Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərinə hər cür vətəndaşlıq hüquqları verib və onları tamamilə məhv olmaqdan xilas edib. Avropa yəhudilərinin qorxunc və dəhşətli qırğına məruz qaldıqları İkinci Dünya müharibəsi illərində Türkiyə yəhudiləri müdafiə və xilas edib”.

A.Qutun fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrailin Azərbaycan ilə münasibətlərini ciddi şəkildə pozacaq. O deyib: “Bu gün artıq bir faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin Azərbaycan kimi İsraillə sıx, mehriban münasibətləri yoxdur. Ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan Azərbaycan Cənubi Qafqazda əsl regional liderdir. Son 25 ildə bizimlə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə bu ölkədə heç vaxt antisemitizmin olmadığına görə deyil. Rəsmi Bakı başqa ölkələrdə də antisemitizmin hər hansı təzahürünü dəfələrlə pisləyib və pisləməkdə davam edir. Rəsmi Bakı indiyədək Təl-Əvivdə diplomatik missiya açmasa da, Azərbaycan hökuməti İsrailə çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində İsraildən Bakıya gələn çox sayda nümayəndə heyətini salamlayır. Azərbaycan neftinin satın alınması, İsrailin bu ölkənin iqtisadiyyatına və kənd təsərrüfatına yatırdığı sərmayələr sayəsində Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənməyə davam edir. Azərbaycanın yüksək texnologiyalar, telekommunikasiyalar, neft-qaz, təbabət, kənd təsərrüfatı kimi müxtəlif sahələrində İsrailin xeyli iri şirkəti fəaliyyət göstərir”.

Dünya bazarında İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu qeyd edən məqalə müəllifi yazır: “Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlər axtarmaq üçün İsrailin daha bir neçə səbəbi var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı, o cümlədən İsrailin istehlak etdiyi neftin təchizatının 40 faizinin təminatçısı kimi mühüm rol oynayır. Azərbaycan Avropa üçün də enerji resurslarını şaxələndirməyin və təhlükəsizliyin əsasıdır. Azərbaycan təkcə regionun iri energetika mərkəzi deyil, həm də əsas neft və təbii qaz istehsalçısıdır.

A.Qut vurğulayır ki, Azərbaycanda yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayıblar, onları ümumi tarix və tale bağlayır. Ekspert belə bir sual qoyur: “Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir və örnək olmağa davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün Azərbaycan siyasi və sosial şəraitin yaradılması, stimullaşdırılması istiqamətində lazımi səylər göstərib. Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki müasir sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edib. Mənə dünyada, heç olmazsa, bir xristian, yaxud bir müsəlman ölkəsi göstərin ki, öz hesabına sinaqoq tikdirsin. Bu, Azərbaycan dövlətinin və onun rəhbərliyinin yəhudi xalqına və İsrail Dövlətinə rəğbətini bir daha sübut edir. Mənə izah edin görüm, biz nə üçün qondarma “erməni soyqırımı”nı tanımalıyıq? Ermənistandan və ermənilərdən kompliment eşitmək üçünmü? Başa düşürəm ki, İsrail parlamentinin sədri və Zaxava Qalyon kimi bəzi iyrənc deputatlar erməni lobbisinin siyasi təzyiqi altında ola bilərlər. Amma bu gün qondarma “erməni soyqırımı”nı belə inadla tanımağa çalışanların heç biri Ermənistanın daxilindəki vəziyyətə baxmayıb. Onlar hansı ölkənin və hansı rəhbərliyin nazı ilə oynayırlar?”.

Arye Qut bildirib: “Ay yarım əvvəl Ermənistan paytaxtında erməni faşisti və antisemit general Njdenin abidəsinin rəsmi açılış mərasimi oldu. General Njdenin xatirəsinin abədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsini təhqir etmək deməkdir. Bu gün artıq danılmaz faktdır ki, Ermənistan uzun illərdir yəhudiləri mənəvi zorakılığa məruz qoyur. Bu da özünü antisemit ruhlu kitabların çap olunmasında, televiziyada antisemit xarakterli verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının memorial lövhəsinin dəfələrlə təhqir olunmasında göstərir.

Erməni faşisti və antisemit Njdenin abidəsinin qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini qırmış faşistlərə irimiqyaslı pərəstiş yaradılıb. Mən tamamilə əminəm ki, əgər Ermənistan rəhbərliyi bu gün faşizmi təbliğ edirsə, sabah eyni müvəffəqiyyətlə Hitlerə də abidə ucalda bilər. Qeyd edək ki, faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu addımların arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Onda bəs İsrail parlamentinin deputatları hara baxır? Məgər bu, yəhudilərin şərəf və ləyaqətinə toxunmur? Doğrudanmı onlar Ermənistanda faşizmin dirçəldilməsinə, yaxud bu ölkədə antisemitizm faktlarına belə etinasız baxmağa hazırdırlar?”.

Ekspert vurğulayır ki, deputatların qondarma “erməni soyqırımı” məsələsini qaldırmalarının səbəbi onların problemdən xəbərsiz olmalarından, İsraildəki erməni diasporundan elektoral kapital toplamağa çalışmalarından irəli gəlir.

Müəllif yazır : “Arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlar var. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti, antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər”.

A.Qut İsrailin 9-cu Prezidenti Şimon Peresin “Yəhudi xalqının Holokostunu başqa xalqın faciəsi ilə müqayisə etmək olmaz” sözlərini xatırladaraq vurğulayıb: “Bu bir faktdır ki, Avropada faşizm yəhudiləri yalnız yəhudi olduqları üçün məhv edib. Ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətini yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanı olublar”.

A.Qut fikrini belə yekunlaşdırıb: “Biz İsrailin milli maraqları barədə düşünməliyik, erməni lobbisinin istəklərinə rəvac verməməliyik. Müasir Ermənistanın və onun rəhbərliyinin xalqımın nümayəndələrini məhv etmiş faşistləri rəsmi səviyyədə təbliğ etdiyi və onlara sitayiş yaratdığı bir vaxtda erməni xalqı qarşısında hansı mənəvi məsuliyyətdən danışmaq olar?! ABŞ Antidiffamasiya Liqasının məlumatına görə, Ermənistan antisemitizmin səviyyəsinə görə postsovet məkanında birinci yeri tutur, bu ölkə monoetnikdir, burada yəhudiləri barmaqla saymaq olar. Yaxşı ki, mənim ölkəmdə, xüsusən parlamentdə konstruktiv siyasi qüvvələr var. Onlar yaxşı başa düşürlər ki, İsrailin Azərbaycana və Türkiyəyə münasibətdə strateji maraqları faşizmin, terrorizmin dövlət ideologiyasının bir hissəsinə çevrildiyi Ermənistan və erməni xalqı qarşısında anlaşılmaz və məntiqdən uzaq “mənəvi öhdəliklər” çox-çox əhəmiyyətlidir.\\azərtac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM