"RİA Novosti" xəbər verir ki, o, San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşdə deyib: "Təslim olmayacağam, mənim şərəf və ləyaqətim var".
Xatırladaq ki, D.Rusef may ayında Braziliya Senatının qərarı ilə 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Mişel Temer icra edərək yeni kabinet formalaşdırıb. Avqust ayında Senatda Braziliya prezidentinin yekun impiçmenti ilə əlaqədar məsələyə baxılması nəzərdə tutulur.