Həmsədr ölkələrin fəallaşması nə vəd edir?

11:46 / 09.07.2016

Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələrin aparılması intensiv xarakter alıb. Mayın 17-də keçirilmiş Vyana görüşündən daha çox məhz iyunun 20-də Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən sonra məsələyə diqqət xeyli artıb.

Üçtərəfli görüşdə prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər və ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Həmçinin iyulun 1-də Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Fransua Ollandla, iyulun 2-də ABŞ dövlət katibi Con Kerrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, iyulun 6-da isə Vladimir Putinin ABŞ Prezidenti Barak Obama ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etməsi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin problemin həlli yolunda artıq konkret addımlar atmaqda qərarlı olduqlarından xəbər verir.

Barak Obama Vladimir Putinlə telefon danışığı zamanı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini artırmağa hazır olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Birləşmiş Ştatların Prezidenti Barak Obamaya ABŞ-ın müstəqillik günü münasibətilə ünvanladığı təbrikdə vurğuladı: “Biz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik”.

Bundan bir qədər əvvəl - iyunun 30-da ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olundu, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamikanın verildiyi qeyd olundu.

Bundan başqa, son vaxtlar Almaniya da ATƏT-in sədri qismində münaqişənin nizamlanmasına töhfə verməkdə maraqlı olduğunu göstərir. Bu yaxınlarda Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Bakıya səfəri zamanı bəyanatları ilə diqqət çəkdi. Sədr ATƏT-in Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün alətlərdən istifadə edəcəyini, münaqişənin konstruktiv həllinə nail olmağın vacibliyini vurğuladı.

Münaqişənin nizamlanması Varşavada keçirilən sammit çərçivəsində də müzakirə olundu. Polşada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşdü. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Hər halda sərhədlərinə yaxın ərazilərdə aktiv münaqişə ocaqlarının mövcudluğunu arzulamayan NATO-nun baş katibi Yens Stoltenberq isə Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və güc tətbiqindən çəkinməyə, bu məsələnin Varşava sammitinin yekun sənədində qeyd edilməsinə çağırdı.

Dağlıq Qarabağ probleminin NATO sammiti çərçivəsində müzakirəsi münaqişəyə dünya səviyyəsində diqqəti daha artıracaq, həmçinin məsələ ilə bağlı müəyyən nəticənin əldə olunmasına gətirib çıxara bilər.

Bu da son deyil. Belə ki, artıq Ermənistana səfərini başa vurmuş Sergey Lavrov gələn həftə Azərbaycana gələcək. Səfərin əsas mövzusunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacağı şübhəsizdir.

Münaqişənin müzakirəsi ilə bağlı yüksək səviyyəli görüşlərin, telefon danışıqlarının davam edəcəyi gözləniləndir. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili üzərində iş davam edir.

Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman olduğu kimi, aprel hadisələrindən sonra da beynəlxalq tribunalarda - mayın 23-də İstanbulda I Dünya Humanitar Sammitində, iyunun 7-də Almaniyaya səfəri çərçivəsində çıxışı zamanı, eləcə də bir sıra yüksək səviyyəli görüşlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini açıq-aydın bəyan etdi, problemin həlli üçün erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirdi. Təbii ki, dövlət başçısının bu bəyanatları da aparıcı ölkələrin liderlərini hərəkətə gətirdi, onların diqqətini problemin həllinin vacibliyinə, münaqişənin regionun sabitliyinə böyük təhdid olduğuna yönəldə bildi.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə düzgün siyasət yürütməklə bütün dünyaya Dağlıq Qarabağ probleminin “dondurulmuş” münaqişə olmadığını göstərdi. Azərbaycan aprel hadisələrindən sonra Ermənistanı danışıqlar masasına oturtmağa, münaqişənin həllinə ən ali səviyyədə diqqətin artırılmasına nail oldu. Çoxdandır passivlikdə ittiham edilən Minsk qrupunun həmsədr ölkələrinin və ATƏT-in özünün son vaxtlar belə fəallıq nümayiş etdirməsi tezliklə münaqişənin nizamlanması üzrə hər hansı ümumi razılığın əldə olunacağına ümidləri artırır.\\Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM