Bakıda “İsti günlər” Festivalının açılışı keçirilib - FOTOLAR

10:26 / 10.07.2016

İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Festival məşhur artistlərin qırmızı xalı üzərindən keçidi ilə başladı. Aparıcılar Slava Nikitin və Yuliya Lısenkonun suallarını cavablandıran festival iştirakçıları Bakıya səfərlərinin təəssüratlarını bölüşdülər, şəhər sakinlərinin qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən, təqdim edəcəkləri proqramdan danışdılar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını söylədilər. Əsl ulduz paradını xatırladan qırmızı xalıda çoxsaylı fotoşəkillər çəkildi, tamaşaçılar Bakıda çoxdan gözlədikləri artistlərlə ünsiyyət qurdular, onların libaslarının özəlliyindən söhbət açdılar. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalının dünyanın ən hərarətli yay festivalı olduğu bildirildi.

Festivalın fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bakıda ilk növbədə hansı yerləri ziyarət etməyə dəyər” sualını cavablandıraraq dedi: “Bütün yerləri ziyarət etməyi və qonaqpərvər, səmimi insanlarla tanış olmağı məsləhət görürəm”.

Qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra “Jara” Beynəlxalq Musiqi Festivalına start verildi. Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət etdi, festival “Rast” qrupunun çıxışı ilə başladı.

İki gün davam edəcək festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirir. Festivalın birinci günündə səhnəyə Diana D., A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları çıxdılar.

Festivalın iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, “Arsenium”, Mitya Fomin, Bahhtee, “The Jiggits”, habelə digər nüfuzlu ifaçılar və qruplar da yer alıb.

Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu səhnədə mahnı ifa etməzdən əvvəl deyib: “Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi festivala gələn həmkarlarımı, dostlarımı salamlayıram. Biz Xəzəri xeyirxahlıq, dostluq, mehriban qonşuluq dənizi hesab edirik. Mən bu gün Rusiyanın ən məşhur ulduzlarına uğurlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz”.

Rusiya Federasiyasının Xalq Artisti Filip Kirkorovun qonaqları Azərbaycan dilində salamlaması və ürək sözlərini söyləməsini isə tamaşaçılar hərarətli alqışlarla qarşıladılar. Ümumiyyətlə, konsert boyu çıxış edən ifaçılar, habelə rusiyalı aparıcılar Bakıya, Azərbaycana səmimi hisslərini ifadə etdilər, xalqımızın qonaqpərvərliyini xüsusi vurğuladılar. Festivalın uğurla keçdiyini qeyd edən Andrey Malaxov dedi: “Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.

Tanınmış musiqiçi və müğənni Emin Ağalarov festivalın təşkilində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirərək dedi: “Başlıcası odur ki, festivalda iştirak etmək üçün heç kimi dilə tutmaq lazım gəlmədi. Çünki bizim Prezident və onun komandası Bakını hər kəsin gəlib görmək istədiyi gözəl bir məkana çevirib”. Emin Ağalarov bildirdi ki, bu festivalın doğma şəhəri Bakıda keçirilməsinə, tədbirdə çoxlu sayda insanların iştirakına görə özünü xoşbəxt hiss edir. Bu gün “Sea Breeze” istirahət mərkəzinin fəaliyyətə başlamasının 5 ili tamam olur.

“Qonaqların sırasında sənin üçün xüsusi olan kimdir” sualını cavablandıran Emin Ağalarov dedi: “Bir cümlə ilə cavab vermək çox çətindir. Lakin Filip Kirkorovun səfərini xüsusi qeyd etmək istərdim. O, neçə illərdir ki, Bakıda olmamışdı. Nəhayət, o gəldi və bizi dəstəklədi”. Emin Ağalarov qeyd etdi ki, festival böyük bir komandanın səyi ilə başa gəlib. Tədbirin 5 yüzədək qonağı var. O, festivalın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra Emin öz mahnıları ilə festivalın qonaqlarına xoş anlar bəxş etdi. Onun ilk dəfə təqdim etdiyi Bakı haqqında mahnı sürəkli alqışlarla qarşılandı.

Daha sonra festivala qatılan müğənnilər “Jara” mahnısını birlikdə ifa etdilər.

Tamaşaçılara maraqlı anlar yaşadan festival gecədən xeyli keçənədək davam etdi.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin maraqlı çıxışları, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. “İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM