Azərbaycanda rəqəmsal xəstəxana yaradılır

12:01 / 01.04.2014

 

Strategiya.az-a verilən məlumata görə, bu il ərzində Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir.

Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb. Belə ki, 800 çarpayılı xəstəxanada 2010-cu ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan Türkiyənin “Esim Software” şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb. “Esim Software” şirkətinin OTOMATİP xəstəxana informasiya sistemi hazırda uğurla tətbiq edilərək Mərkəzi Neftçilər Xəstəxanasının tam istifadəsinə verilib.

“Bizim xəstəxana yeniliklərə daim açıq olan bir müəssisədir və sözügedən layihənin tətbiqi buna sübutdur. Ümumiyyətlə, bu layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası gələmlə yazı işindən 80-85% imtina edib, hədəfimiz isə xəstəxananı tam kompüterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq, Ümumiyyətlə, məqsədimiz tam rəqəmsal xəstəxanaya çevrilməkdir”, - deyə xəstəxananın baş direktoru xanım Leyla Seyidbəyova bildirib.

L.Seyidbəyova onu da əlavə edib ki, əgər bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib: “Bizim xəstəxanada 1 000-dən artıq işçi çalışır ki, onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək. Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətəbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq”.

OTOMATİP sistemi müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan  keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə  proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb.  “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.

Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var.

Xəstəxananın miqyasına görə tənzimlənə bilən web platforması üzərində qurulan OTOMATİP xəstəxana sisteminin içərisində radioloji görünüşlərin araşdırılması üçün “Siemens RIS/PACS” ilə inteqrasiya edilmiş interfeys çalışır. Bu da xəstəxananın bir filialında əldə edilmiş məlumatların digər filialda və hətta internet üzərindən təhlükəsiz bir formada digər xəstəxanada təhrif edilmədən istifadəsinə şərait yaradır.   

“Bir çox inkişaf etmiş ölkədə fəaliyyət göstərən müasir xəstəxanada tapa biləcəyiniz İKT həllini Azərbaycanda məhz Mərkəzi Neftçilər Xəstəxanasında tapa bilərsiniz. Hətta daha irəli gedərək bu xəstəxanada istifadə edilən müasir İT arxitekturaları əsasında çalışan səhiyyə həllərinin digər inkişaf etmiş ölkələrdəki bir çox xəstəxanadan daha irəli bir səviyyədə olduğunu qətiyyətlə söyləyə bilərəm. Onu da qeyd edim ki, artıq bir neçə ölkə bizim təcrübədən yararlanmaq niyyətrindədir”, - deyə L.Seyidbəyova bildirib.

Qeyd edək ki, “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan “Esim Software” şirkəti səhiyyə sahəsində ixtisaslaşıb və 24 illik təcrübəsi ilə Türkiyənin Tətbiqi Proqramlar sektorununda bir sıra nailiyyətlər əldə edib. Şirkətin Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirdiyi layihə çərçivəsində göstərilən xidmətlərdən 90 minə yaxın dövlət neft işçisi və onların ailələri yararlana bilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM