Ermənistan rəhbərliyi çətin vəziyyətə düşüb. Ölkə daxilində sosial-siyasi durum getdikcə daha da ağırlaşır. Cənubi Qafqaza yaxın regionlarda cərəyan edən geosiyasi proseslərin yaratdığı gərginlik erməni siyasətçilərinə əlavə narahatlıq gətirir. Bunlara Azərbaycan Ordusunun apreldə Dağlıq Qarabağda erməni mövqelərinə endirdiyi ağır zərbələr də əlavə olunub. Bu hadisədən sonra İrəvan necə hərəkət etməyi, demək olar ki, müəyyənləşdirə bilmir. O, əsas olaraq xaricdə havadarlıq edən dairələrə şikayətlənir, onlardan kömək umur. Prezidentlərin Sankt-Peterburq görüşü də göstərdi ki, Azərbaycan tutduğu mövqedən çəkilməyəcək. Ermənistan işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməlidir. Bunların fonunda Serj Sarkisyan "Reuters" agentliyinə müsahibə verərək, özünü xilas etmək üçün yeni yalanlar uydurub. Onun dedikləri nə qədər aciz duruma düşdüyünü göstərir.
Zərbədən sonra: siyasi çaşqınlıq əlamətləri
Məlum aprel döyüşlərindən sonra aydın oldu ki, Serj Sarkisyan siyasi karyerasının ən böhranlı anlarını yaşayır. Müxalifət onun hakimiyyətdən getməsi üçün əlindən gələni edir. Dağlıq Qarabağ məsələsində Azərbaycanın əldə etdiyi uğurların təsiri altında S.Sarkisyanın nüfuzunu itirməsi açıq görünür. Buna görədir ki, son aylar hakim Respublika Partiyası fəaliyyətini daha da genişləndirərək iqtidarda qalmaq üçün müxtəlif addımlar atır. Ermənistan cəmiyyəti bunun fərqindədir. S.Sarkisyanın özü də gizlətmir ki, 2017-ci il parlament seçkisində siyasi taleyi həll olunur. O, "Reuters" informasiya agentliyinə verdiyi müsahibədə deyib ki, "parlament seçkisində Ermənistan Respublika Partiyası uduzsa, mənim siyasətdə heç bir işim yoxdur" (bax: Серж Саргсян: "В случае поражения РПА на выборах мне нечего будет делать в политике" – Reuters / "Аравот", 28 iyun 2016).
Ermənistan dövlət başçısının hakimiyyətdə qalmaq məsələsinə toxunması təsadüfi görünmür. Bu, onun siyasi reytinqinin aşağı düşməsi ilə əlaqəlidir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi İrəvanın mövqeyinin xeyli zəifləməsi erməni cəmiyyətində prezidentə olan inamı heçə endirib. S.Sarkisyan da adəti üzrə bu prosesə siyasi riyakarlığı ilə reaksiya verməkdədir.
Bu məsələ yalnız nəyin bahasına olur-olsun hakimiyyəti saxlamaq cəhdləri ilə məhdudlaşmır. Ermənistan rəhbəri qonşu dövlətlərə, ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı qərəzli fikirlər söyləyir. "Reuters"ə müsahibəsində bununla bağlı bir neçə böhtan xarakterli cümlələr işlədib. S.Sarkisyan yenə də Azərbaycanı ittiham etməyə çalışıb. O, "öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən bir ölkə ilə kompromisə necə getməyin mümkün olduğunu insanlar başa düşmür", – deyə böyük bir yalan ifadə edib (bax: Саргсян: Люди не понимают, как идти на компромисс со страной, не выполняющей свои обязательства / "Panarmenian.net", 25 iyun 2016).
Görəsən, Azərbaycan hansı beynəlxalq öhdəliyə əməl etməyib? Əgər, S.Sarkisyan aprel döyüşlərini nəzərdə tutursa, təxribat Ermənistan tərəfdən olub və Azərbaycan yalnız cavab tədbirləri görüb. Müsahibədə erməni lider məhz aprel savaşında Ordumuzun uğurunu nəzərdə tutaraq Bakını günahlandırmağa cəhd edib. Bu, onu göstərir ki, Ermənistan prezidenti üçün heç bir siyasi etiket və ədalətlilik ölçüsü yoxdur. O, erməni ordusunun aldığı ağır zərbəni ört-basdır etmək üçün siyasi ibarələrdən və əsassız arqumentlərdən yararlanmağa çalışır. Bütün dərdi ondan ibarətdir ki, bundan sonra Azərbaycan Ordusunun hərbi əməliyyatlar keçirməsinə Ermənistana havadarlıq edən ölkələr icazə verməsin.
Burada başqa səbəb yoxdur. Rəsmi İrəvan yaxşı bilir ki, zəbt etdiyi Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri gec və ya tez qovulacaq. Bunun qarşısını yalnız dünyanın böyük dövlətləri ala bilər. Yeri gəlmişkən, onlar da faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarıdırlar. Deməli, yeganə əlac şər-böhtan atıb, Azərbaycanın aqressiv obrazını yaratmaq və erməniləri "qırılmaqdan" qurtarmaq üçün xristian dünyasına yalvarmaqdadır. Bunu Roma Papasının İrəvana səfəri zamanı da aydın gördük.
Seçim məqamı: karyera, yoxsa ədalətli mövqe?
Belə görünür ki, S.Sarkisyan siyasətdə naşı adam kimi diplomatiya ilə yalvarmağı qarışıq salıb. O, qəmli duruşu ilə özünün yazıq obrazını yaradıb, Qərb dövlətlərində özünə himayə axtarır. Bunda, əslində, İrəvanın havadarları günahkardır. Çünki onlar indiyədək ermənilərin haqsız mövqeyini gizli və dolayısı ilə müdafiə edib, onların vəhşiliklərinə və qonşularına olan iddialarına haqq qazandırıblar.
Məsələn, Vatikan "ilk xristian dövlətinə səyahət" ifadəsini işlədirsə, faktiki olaraq Azərbaycan torpaqları üzərində süni yaradılmış Ermənistanın düz yolda olduğunu bəyan edir. Tarixdən yaxşı məlumdur ki, Roma Papasının "ilk xristian dövləti" adlandırdığı ərazi başdan-ayağa türk-müsəlman mədəniyyəti ilə zəngindir. Orada xristianlığa aid real bir mədəni dəlil yox dərəcəsindədir. Yer adları, mədəniyyət abidələri, dövlətçiliklə bağlı baş verən hadisələr və digər faktlar indi Ermənistan adlandırılan yerlərdə Azərbaycan dövlətçilik ruhunun mövcudluğunu tam sübut edir. Deməli, Roma Papası da tarixi təhrif edir, işğalçıya haqq qazandırır.
S.Sarkisyan bu kimi hadisələrdən ruhlanaraq "Reuters" agentliyinə çəkinmədən bildirir ki, uydurma "erməni soyqırımı"nı bundan sonra daha çox ölkələr tanıyacaq (bax: Позиция Папы Римского проложит путь для признания Геноцида армян другими нациями – Серж Саргсян / "Tert.am", 27 iyun 2016). Şübhəsiz ki, bu cür davranışlar regionda və dünyada sülhün bərqərar olmasına xidmət etmir. Bunu təcrübə göstərir və Avropa siyasətçi və din xadimlərinin yanlış yolda olduğunu zaman özü təsdiqləyəcək. Azərbaycan və Türkiyənin qonşularına qarşı hər hansı utandırıcı hərəkəti olmayıb. Əksinə, ilk növbədə ermənilər qərəzli, təcavüzkar və işğalçı siyasət mənbəyi olublar.
Həm də bu səbəbdəndir ki, erməni siyasətçilər başqasını şərləməyə çalışıblar. S.Sarkisyan da Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməklə real vəziyyəti gizlədir. Fakt ondan ibarətdir ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib və buradan çıxmaq istəmir. Vəziyyəti dəyişməz saxlamaqla İrəvan vaxt qazanır, münaqişəni qeyri-müəyyənliyə doğru sürükləyir.
Azərbaycan isə, təbii ki, bununla razılaşa bilməz. Bakı torpaqları işğaldan azad etmək üçün BMT Nizamnaməsində nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edə bilər. Xatırladaq ki, orada təcavüzkarın hərbi güc vasitəsi ilə yerində oturdulması ilə bağlı bənd də vardır. Hətta bu işdə beynəlxalq birlik təcavüz qurbanına yardım da etməlidir.
Bu səbəblərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin öz Twitter səhifəsində aprel hadisələrinin Ermənistan və vasitəçilər üçün siqnal olması barədə yazması çox məntiqlidir. Ermənistan bilməlidir ki, Azərbaycan rəhbərliyi mövqeyindən dönməyəcək, Ordu isə istənilən zaman torpaqların azad edilməsinə başlaya bilər. Azərbaycan Prezidentinin dediyi sözə əməl etdiyini yaxşı bilən ermənilər bundan təşvişə düşüblər.
Görünür, S.Sarkisyan da narahatlığını gizlədə bilmir. O, adıçəkilən müsahibədə öz siyasi karyerasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlayıb. Erməni lider Devid Kemeronu misal göstərərək, "gözləyək, hadisələr hansı istiqamətdə inkişaf edəcək", – deyib (bax:Reuters: Президент Армении увязал свою политическую карьеру с урегулированием карабахского вопроса / "Panarmenian.net", 28 iyun 2016). Deməli, Ermənistan prezidenti Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini istisna etmir. Bunun üzərindən siyasi spekulyasiyalar etməsinin nə fayda verəcəyi məlum deyil.
S.Sarkisyanın yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir. Xüsusilə siyasətə yalanla gələn adamların sonradan ədalətli olması olduqca çətindir. Lakin bütövlükdə erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur. Region üçün də təhlükələr meydana gəlir. Bunu Cənubi Qafqaz xalqları görürlər. Yaxşı olardı ki, erməni təcavüzünü görməzdən gələn və rəsmi İrəvana müxtəlif bəhanələrlə yardım edən havadarlar da, nəhayət, görməyə başlasınlar, öz vicdanlarının səsinə qulaq assınlar. Axı, Sokrat Qərb filosofu kimi vicdanın səsini dinləməyi çox vacib sayırdı?!
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM