Strategiya.az bildirir ki, APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda Azərbaycan prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib. “Mən qeyd etmək istərdim ki, Ukrayna Dağlıq Qarabağı və onun hər hansı sənədlərini tanımır. Azərbaycanın da Krımla bağlı analoji mövqeyini alqışlayırıq”, - deyə o, söyləyib.
P. Poroşenko Ukraynanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzü olması nəzərə alınmaqla, çoxtərəfli formatda qarşılıqlı fəaliyyəti, yanaşmaları razılaşdırmaq və əlaqələndirmək barədə razılığa gəldiklərini açıqlayıb: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.