Fransa prezidenti qeyd edib ki, hadisə nəticəsində 77 nəfər dünyasını dəyişib. Onlar arasında xeyli sayda uşaq var.
Ölkə başçısı həmçinin xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, Nitsadakı hücumun terror xarakterli olduğunu inkar etmək olmaz.
Qeyd edək ki, Fransua Olland bu gün Nitsa şəhərinə gələrək zərər çəkmiş sakinlərə dəstəyini ifadə edəcək. ("Report")