Strategiya.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslıqla əlaqədardır. Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edir.