ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda oynadığı liderlik roluna görə təşəkkürünü bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Con Kerri bunu Rusiya XİN başçısı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Mən bir müddət əvvəl Varşavada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlər keçirdim. Nikbinik ki, bu dondurulmuş münaqişənin nizamlanması üçün səylər göstərilir. Aydındır ki, tərəflər yeni zorakılığın tətbiqinin marağında deyillər. Şübhə etmirəm ki, Rusiya, ABŞ və Fransanın dəstəyi ilə irəlləyiş üçün potensial mövcuddur. Sergey Lavrovla mən bu münaqişənin həlli ilə bağlı məsləhətləşmələri davam etdirəcəyik. Uzun müddətli və permanent nizamlanmaya səy göstərmək üçün biz, hər iki ölkənin prezidentləri ilə daim əlaqədəyik".-deyə ABŞ dövlət katibi qeyd edib.