Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili layihəsinin işləri yekunlaşmışdır

11:16 / 16.07.2016

Strategiya.az bildirir ki, Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmş Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili layihəsinin işləri yekunlaşmışdır

 

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmş Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” layihəsi çərçivəsində 27 iyun-10 iyul 2016-cı il tarixlərində Belçika Krallığının Brüssel, Almaniyanın Dwsseldorf, Berlin və Lüksemburq Krallığının Lüksemburq şəhərlərində gənc alimlər, tədqiqatçılar arasında maarifləndirmə işləri həyata keçirmiş, prezentasiyalar, sərgilər təşkil olunmuşdur. Avropa ölkələrində gənc alimlər və gənc alimlər təşkilatları arasında Azərbaycan tolerantlıq, multikulturalizm modeli, eyni zamanda Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılmış və saxtaraşdırılmış tarixi-arxeoloji Qarabağ abidələri, toponimləri haqqında tarixi həqiqətlər təbliğ edilmişdir. Avropa Gənc Alim və tədqiqatçılar Şurasının dəstəyi ilə Belçika, Almaniya və Lüksemburqda təşkil olunmuş seminarlarda Belçikanın “Focus research”, Almaniyanın “THESIS”, Lüksemburqun “LuxDoc”, Avstriyanın “doktorat.at – ÖH Doktorat”, Xorvatiyanın “Mreža Mladih Znanstvenika – MLAZ”, Çex Respublikasının “Studentská komora Rady vysokých škol”, Finlandiyanın “Finnish Union of University Researchers and Teachers”, Fransanın “CJC Confédération des Jeunes Chercheurs”, Macarıstanın “The Association of Hungarian PhD and DLA Students (DOSZ)”, İtaliyanın “ADI- Associazione Dottorandi e Dottori di Ricerca Italiani”, Litvanın “Lithuanian Society of Young Researchers”, Hollandiyanın “PhD candidates Network of the Netherlands”, Polşanın “Krajowa Reprezentacja Doktorantów”, Norveçin “SiN”, Portuqaliyanın “ABIC – Associação dos Bolseiros de Investigação Científica”, Serbiyanın “Association of PhD candidates and young researchers of Serbia”, Slovakiyanın “Slovak PhD Students’ Association”, İsveçrənin “actionuni der Schweizer Mittelbau”, Ukraynanın “RMU – Young Scientists Council” təşkilatlarından və Avropanın müxtəlif Universitetlərindən gənc alimlər iştirak etmişdir.

Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədindən söhbət açdı. O, məruzəsi zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və artiq uzun illərdir ki multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi Qarabağ ərazilərində Azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.

Təqdimatlarda göstərilmişdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi arayışına görə hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar

mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.

Seminarda LuxDoc təşkilatının rəhbəri, Luksemburq Universitetinin əməkdaşı Roman Decet, Belçikanın Focus Research təşkilatının rəhbəri Margaux Kressort, İtaliyadan gənc alim Fulvio Puzzi, Finlandiyadan Pirjo Pallanen və digər Avropalı gənc alimlər çıxışlar etdilər.

Avropalı gənc alimlərlə gələcək əməkdaşlığın detalları müzakirə olundu. Seminarların yekununda Lüksemburq universitetinde və, Ticarət Palatasının binasında sərgi təşkil olundu və iştirakçılara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ tarixi, Azərbaycana qarşı törədilmiş soyqırımlar barədə nəşr olunmuş kitablar paylandı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM