Neftçalada tükürpədici hadisə

16:43 / 01.04.2014

Neftçala rayonunda tükürpədici hadisə baş verib. Aznews.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Jalə Hüseynova iş yerində qarşılaşdığı ədalətsizliyə dözməyərək intihar edib. 

Bu barədə məlumatı, AzNews.az-a mərhumun bacısı Cəmalə Hüseynova bildirib. O, redaksiyamıza ünvanlandığı məktubda hadisəni tam təfsilatı ilə izah edib. 

Şikayətçi bildirir ki, bacısı 1 may 2011-ci il tarixindən Neftçala Rayon Mərkəzi Xəstəxanasında kompüter operatoru vəzifəsində işləyirmiş. Xəstəxanada işlədiyi müddətdə xəstəxananın qeyri-rəsmi işçisi, 65 yaşlı Tutu Mehdiyeva tərəfindən dəfələrlə şərəf və ləyaqəti təhqir olunub. Elə hər şey də bundan sonra başlayıb: “Əvvəlcə Tutu Mehdiyeva Jalənin onun yelpiyini oğurladığını iddia edir və kollektiv arasında Jalə haqda təhqiramiz ifadələr işlədir”. 

T.Mehdiyeva J.Hüseynovanı təhqir edəndə xəstəxananın kadrlar şöbəsinin müdiri Meyxanım Rəhimova ona etirazını bildirib: “Meyxanım Rəhimova Tutuya deyib ki, sənin yelpiyin budur, qıza şər atma. Bundan bir müddət sonra isə Tutu Mehdiyeva iddia edib ki, bacım onun çantasından iki manat pulunu və kadrlar şöbəsinin qara karandaşını oğurlayıb”. 

C.Hüseynova yazır ki, bu dəfə də Meyxanım Rəhimova məsələyə qarışır və baş həkimin yanına gedərək, bildirir ki, Tutu Jaləyə şər atır. O, hətta baş həkim Telman Zahidova “Jalə özünü öldürə bilər” deyə xəbərdarlıq da edir. Bundan sonra baş həkim iclas çağırır: “Bacımı iclasa buraxmayıb ki, sözünü desin. Amma iclasdan əvvəl Jaləyə deyib ki, mən də Tutunun əlindən bezmişəm, canını qurtarmaq üçün özünü Kür çayına at”. 

Cəmalə Hüseynovanın yazdığına görə iclasdan sonra, yəni 27 noyabr 2011-ci il tarixində Tutu Mehdiyeva Jaləyə hədə-qorxu gələrək, polisə gedəcəyini bildirib. Hətta Jaləyə “səni televizora çəkdirəcəyəm” kimi şantaj xarakterli xəbərdarlıq da edib. Bundan sonra Jalə çantasını götürüb və kadrlar şöbəsini müdiri Meyxabnım Rəhimovaya deyib ki, heç bir sübut olmadan kollektiv arasında biabır edildiyinə görə özünü öldürəcək: “Jalə adətən evə saat 5-də gəlirdi. Saat 5 oldu Jalə gəlmədiyinə görə atamın dostunun maşını ilə Meyxanım Rəhimovanın evinə getdik. O bütün olanları bizdən gizlətdi və dedi ki, Jaləni qaçırıblar. Bundan sonra sahə müvəkkili Etibarın yanına gəldik. Həmin vaxt bacıma zəng çatsa da, telefonu götürmürdü. Qayıdıb evə gəldik və səhəri gün atamla anam Bakıya qohumlarımızgilə getdilər ki, xəbər versinlər. Səhər saat 10 radələrində Meyxanım Rəhimova mənim mobil telefonuma zəng vuraraq bildirdi ki, axşam özüm demədim ki, pis olmayasınız. Tutu Jaləni şərlədi, o da dedi ki, özümü öldürəcəyəm”. 

M.Rəhimovanın dediklərindən sonra ailə sahə müvəkkilinə zəng vurur: “Yarım saat sonra sahə müvəkkilinə zəng vurduq. Bir az keçmişdi ki, sahə müvəkkili bizə gəldi və əhvalatı ona olduğu kimi danışdım. Bu anda sahə müvəkkilinə zəng gəldi və o, bizim evdən getdi. Evdən çıxandan bir müddət sonra Etibar müəllim mənə zəng vurub dedi ki, Jalənin ayaqqabısını, pencəyini və çantasını tapdıq. Jalənin çantasından onu vəsiyyəti də çıxmışdı. Vəsiyyətnamədə yazılmışdı: “Anam, atam, bacım, qardaşım, mənim heç bir günahım yoxdur. Mənim bir vəsiyyətim iş yerimdə 151 nömrəli qovluğun arasında, bir vəsiyyətim də ağ xalatımın cibindədir”. Amma sən demə, həmin vəsiyyətnaməni Meyxanım Rəhimova cırıb zibil vedrəsinə atıbmış. Sonra müstəntiq həmin vəsiyyətnaməni tapıb birləşdirdi. Həmin vəsiyyətnamədə də qeyd olunur ki, onu Tutu Mehdiyeva şərləyib”. 

C.Hüseynova yazır ki, şikayətlərinə Neftçalada baxılmayıb və rayon prokurorluğunun açdığı cinayət işinə Neftçala Rayon Məhkəməsi tərəfindən xitam verilərək Şirvan məhkəməsinə göndərilib. Şirvanda da prokuruluğun açdığı cinayət işi ləğv edilib. C.Hüseynovanın bildirdiyinə görə, buna səbəb Tutu Mehdiyevanın yetərincə imkanlı biri olmasıdır: “Ona görə də bizi zərərçəkmiş kimi tanımadılar, bacımın qanını batırdılar. Üç ildir ki, atam bunula bağlı Respublika Prokurorluğuna şikayət edir. Axırda baş prokuror Zakir Qaralovun göstərişi ilə istintaq aparılması üçün iş Ağır İşlər üzrə Cinayətlər Məhkəməsinə göndərilib. Orda da müstəntiqdən müstəntiqə keçərək hazırda Xalid Hüseynovun icraatındadır. Ailəmiz 27 ölkəyə müraciət edib sığınacaq istəyib. Çünki Azərbaycan vətəndaşlığından imtina etmək niyyətindəyik”. 

Məsələ ilə bağlı Baş prokurorluğun da mövqeyini diqqətinizə çatdırmağa çalışacağıq.

İntiqam Valehoğlu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM