Strategiya.az bildirir ki, Trend-in xəbərinə görə, bu barədə Mərkəzin məlumatında deyilir.
Antiterror Mərkəzindən bildiriblər ki, bu səbəblə Almatı ərazisində terror təhlükəsi kritik səviyyəyə (“qırmızı”) çatdırılıb.
Buna qədər Almatı şəhər Daxili İşlər Departamenti antiterror əməliyyatı keçirildiyini elan etmiş və Almatı sakinlərini evlərini tərk etməməyə, insanların kütləvi toplaşdığı ərazilərdən uzaq durmağa və bütün şübhəli şəxslər barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verməyə çağırmışdı.