Strategiya.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Səmərqə Süleymanovanın evində nəvəsi, Bakı şəhər sakini,azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub.
Digər bir hadisə isə Xaçmaz rayonunda qeydə alınıb. Rayonun Məmmədxanlı İlxıçı kəndində azyaşlı Mirzəbəy Kərimov ehtiyatsızlıqdan su kanalına düşərək boğulub.
Hər iki fakt üzrə araşdırma aparılır.