"Xaşxaş 2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirləri davam etdirilir.
Strategiya.az Region TV-yə istinadən bildirir ki, Daşkəsən rayonunun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yığılaraq yandırılır. Rayonun ən ucqar yaşayış məntəqələrindən biri - Dəstəfur kəndində polis əməkdaşları ümumi çəkisi 1 ton 360 kiloqram olan 4600 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1-3 metr arasında dəyişib.
Ötən mövsüm Daşkəsən rayonu ərazisində ümumi çəkisi təxminən 5 tona yaxın olan çətənə kolları aşkarlanıb. (Region TV)