"Dini radikalizm bütün dünyada təhdid doğurur" - Deputat - Fotolar

15:56 / 19.07.2016

 Bu gün "Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi” mövzusunda növbəti tədbirini keçirib. 

 Strategiya.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirli layihənin dini aqressivlik və radikallıq, ekstremizm, habelə separatizm təzahürlərinin qarşısının alınmasından, bu kimi halların ifşa olunması prosesində dövlət, ictimaiyyət, QHT, KİV, elm və din xadimlərinin birgə əməkdaşlığının təmin olunmasından bəhs etdiyni söyləyib. E.Nəsirli qeyd edib ki, son günlər cəmiyyətdə geniş müzakirə olunan və ciddi narahatlıq doğuran məsələlərdən biri də ölkəmizdə radikallıq meyllərinin artması, gənclərin yad təsirlərə məruz qalaraq radikal dini qruplaşmalara qoşulması və Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif qütblərində cərəyan edən münaqişəyə cəlb edilməsidir: “Məlum olduğu kimi dini radikalizm hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışların məcmusudur. Dini ekstremist deyəndə isə təbii ki, hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs başa düşülür. Bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlər din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmaların üzvlərinin çirkin əməllərinin qarşısını alıb. Onların əsas məqsədi öz havadarları vasitəsilə dini, etnik və məzhəb ayrı-seçkiliyi salmaqla dövlətçiliyə zərbə vurmaq idi”.

E.Nəsirli əlavə edib ki, ABŞ kimi supergüc məlum 11 sentyabr hadisəsindən sonra dini radikalizmi dövlətçiliyə təhdid kimi qəbul etdi və bununla mübarizəni daha da genişləndirdi: “Dini radikalizmi və Azərbaycan üçün ənənəvi olmayan yad dini cərəyanlar ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətin dünyəvi təməlləri üçün ciddi təhlükədir. Dövlət dindarların ibadətləri üçün bütün şəraiti yaradıb. Ölkə Konstitusiyasında vətəndaşların vicdan azadlığı tam təmin edilib. Dini radikalizm təhlükəsinin minimum həddə qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək lazımdır”.  

Millət vəkili vurğulayıb ki, cəmiyyətdə işsiz gənclər dini ekstremistlərin ən zəif nöqtəsidir: “Dağıdıcı qüvvələr bundan sui-istifadə edirlər”.  

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir: “Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq milli mentalitetimizə xas olmuşdur. Bu, adına “tolerantlıq” deyilən, gerçəkdə isə xalqımızın genetik koduna möhürlənmiş insanlıq, humanizm və bəşərilikdir. Bu, həqiqətdir, ən yüksək kürsülərdə səslənən səmimi etirafdır.   

N.Niftiyev qeyd edib ki, ümumiyyətlə, bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda özünü büruzə verib: “İnsanlığa qarşı yönəlmiş bu cür riyakar planlar müasir dövrümüzdə də işə salınır. İslam dininin humanist ideyalarına “bürünərək” onu gözdən salmaq cəhdləri yolverilməzdir. Son zamanlar Bakının Nardaran qəsəbəsində yaşadıqlarımız bunun əyani təzahürüdür. Lakin Azərbaycan ictimaiyyətinin dərin etirazı və dövlətin gücü qarşısında onların çirkin əməllər həyata keçirmək istəkləri tamamilə alt-üst oldu. Həmin terrorçu qruplaşmanın din pərdəsi altında fəaliyyət göstərən və xarici dairələr tərəfindən idarə olunan üzvləri Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq üçün çirkin planlarını həyata keçirmək istəyirdilər”. N.Niftiyev “Multikulturalizm ili” çərçivəsində keçirilən bu kimi tədbirlərin gənclərin maarifləndirilməsi işinə böyük töhfə verəcəyini söylədi.

“Gənc Diplomatlar” İctimai Birliyinin məsləhətçisi Xalid Quliyev vurğulayıb ki, terrorçunun milləti, dini olmur və ekstremizm din mənsublarının psixologiyasından qaynaqlanır: “Bunun səbəbləri isə dini maarifləndirmənin zəif olması, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmamasıdir. Gənclərin bu təsirlərdən qorunması, radikalizm meyllərinin qarşısının alınması üçün bütün imkanlar səfərbər edilməli, daha effektiv üsullar düşünülməli, daha sistemli və səmərəli işlər görülməli və zəruri qabaqlayıcı addımlar atılmalıdır”. X.Quliyev vurğulayıb ki, dünyanı təhdid edən belə təhlükə eyni zamanda Azərbaycana da sirayət edib: “Son zamanlar hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmaların üzvləri öz çirkin əməllərini davam etdirirlər. Hərçənd ölkəmizdə ciddi dini radikalizm təhdidi olmasa da, bu təhlükənin minimum həddə qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək lazımdır”.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev bildirib ki, Gürcüstanda yaşayanların da özünəməxsus problemləri var: “Gürcüstanda 300 min Azərbaycanlı yaşayır, onların 90% Azərbaycan dilini bilmir, bu da təbii ki, yerli əhali və hakimiyyət nümayəndələri ilə ünsiyyət problemi yaradır.  Bildiyiniz kimi, bu gün Gürcüstan ekstremistlərin mərkəzinə çevrilib”.  

“Mərhəmət” Kimsəsizlərə Dəstək Təşkilatının sədri İradə Nəsirova qeyd edib ki, dini ekstremizm və fanatizmin nəinki Azərbaycanda, başqa ölkələrdə qarşısı alınmalıdır: “Ən mühum vasitə maariflənmədir. Bu barədə məlumatsızlıq onları pis addımlar atmağa sövq edir. Gənclərimiz isə maarifləndirmədən kənarda dayanıblar”. 

Tədbirdə çıxış edən digər natiqlər də gəncləri ayıq-sayıq olmağa səsləyiblər. 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM