Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində yaşayan azyaşlı Murad Ağakişiyev mənzillərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq iyulun 19-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.