İrəvanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma başlayıb. Strategiya.az bildirir ki, bu barədə Trend “RİA Novosti”yə istinadən xəbər verir.
Etirazçılar polisə daş və digər bərk əşyalar atırlar. Polis isə havaya atəş açır, həmçinin etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edir. Nəticədə bir neçə nəfər yaralanıb.