Xüsusi müxbirimizin verdiyi xəbərə görə, Movses Xorenatsi küçəsinə bir neçə yüz adam yığışıb.
* * *23:53
Yerevanda hökumət silahlıların zəbt etdiyi polis polkuna bitişik əraziyə yenidən əlavə qüvvələr cəlb edib.
Xüsusi müxbirimiz Vahan Martirosyanın verdiyi məlumata görə, bu barədə erməni mətbuatı yazıb.
Ələ keçirilmiş binanın girişinə düzülmüş yük maşınlarının qarşısına canlı polis səddi çəkilib.
Təxminən 200 nəfərlik dəstə polis səddi qarşısında aksiya keçirir. Etirazçılar polis binasını ələ keçirən silahlıların ərzaqla təmin olunmasını tələb edirlər.
Qrupun liderlərindən biri Pavlik Manukyan deyib ki, qiyamçılar silahı yerə qoymayacaqlar: “Yaddan çıxarın ki, mən silahı yerə qoyacaq və ya təslim olacağam. Biz sizin hücumunuzu gözləyirik, yoxlaya bilərsiniz”.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 3-ü yaralanıb. Ötən gün polis əməkdaşları və silahlıları dəstəkləyən etirazçılar arasında baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb.//virtualaz.org