Strategiya.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə tam riayət edir, beynəlxalq hüququn prinsiplərinə və humanitar normalara uyğun olaraq heç bir halda mülki əhali və obyektləri hədəf seçmir.
Bu kimi məlumatların yayılmasında Ermənistan hakimiyyətinin məqsədi hazırkı durumda cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək və planlaşdırdıqları təxribatlara qabaqcadan haqq qazandırmaqdır.