Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, bu gün Azərbaycanın bütün məscidlərində qardaş Türkiyədə 15-16 iyul tarixlərində baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ruhuna dualar oxunacaq, cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq.
Məlumatda qeyd olunur ki, şeyxülislam A.Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkədə dini maarifləndirmə və milli-mənəvi, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği çərçivəsində Zaqatala-Şəki bölgəsində səfərdədirlər. Şeyxülislam A.Paşazadə və DQİDK-nin sədri M.Qurbanlı Şəki Cümə məscidində cümə namazında iştirak edəcəklər.
Strategiya.az