Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

15:53 / 22.07.2016

Strategiya.az xəbər verir ki, 22 İyul 2016-cı il tarixində Aərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara və 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs etmişdir. Nazir qeyd etmişdir ki, hazırda qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda yaranmış yeni iqtisadi şəraitdə prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, habelə idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilmişdir. 

Qeyd olunmuşdur Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətlər kimi sənaye istehsalını və kənd təsərrüfatının inkişafını önə çəkmiş, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, iqtisadi səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına dair hökumət qarşısında mühüm vəzifələr qoymuşdur. 

Bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxilolma qeydə alınmış, xərclər 6821,5 milyon manat təşkil etmişdir. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülmüşdür

Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin 2016-cü ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd etmişdir ki, yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam və vaxtında maliyyələşdirilmişdir. Nazir qeyd etmişdir ki, cari ilin ikinci yarsında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

2016-cı ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrindən danışan Kollegiyanın sədri 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və büdcə zərfini hazırlanıb aidiyyəti üzrə təqdim edilməsini xüsusiylə qeyd etmişdir. Bildirilmişdir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilmişdir.

2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin layihəsində prioritet xərclərin əsas istiqamətlərindən danışan nazir bu sırada sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin və bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin icrası, regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması, aqrar sektora dövlət qayğısının artırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi, sənaye və kənd təsərrüftaının aparıcı sahələrinin inkişaf etdirilməsi və bu sahələrə birbaşa məqsədli subsidiyaların verilməsi, yeni istehsal və xidmət sahələrinin genişləndirilməsi, habelə ölkə ərazisində və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin, dövlətin borc və öhdəlikləri və dövlət proqramlarının həyata keçirilməsi üçün maliyyə təminatlarının yaradılmasını önə çəkmişdir.

Ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, bəzi aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün ölkə Prezidenti tərəfindən hökumət qarşısında ciddi vəzifələr qoyulduğunu qeyd edən S.Şərifov bu konteksdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, hər bir xərc maddəsi üzrə ciddi nəzarətin və qənaət rejiminin tətbiq edilməsinin əsas strateji xətt olaraq müəyyənləşdirildiyini bildirmişdir.

Kollegiya iclasında Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı dinlənilmişdir. Maliyyə nazirinin müavini, Apelyasiya Şurasının sədri Azər Bayramov bildirmişdir ki, qısa müddət ərzində Maliyyə Nazirliyinin Apellyasiya Şurasının üzərinə qoyulmuş vəzifələrin icrası məqsədilə Şuranın təşkilati məsələləri həll edilmiş, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyəti effektiv şəkildə qurularaq sahibkarların müraciətlərinə baxılması işində səmərəlilik təmin edilmişdir. Qeyd olunmuşdur ki, cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olmuşdur.

İclasda həmçinin, Maliyyə Nazirliyində struktur dəyişikliklərin aparılması tədbirləri və kollegiyanın yeni tərkibinin təsdiq edilməsi, “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin müvafiq qərarına dəyişikliklər, dövlət vəsaitinin təyinatdankənar istifadəsinə və büdcə təşkilatlarının fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşına medallar təqdim olunmuşdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM