Strategiya.az bildirir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralında qeydə alınıb.
Rusiya Federasiyasına məxsus VAZ-21099 markalı minik avtomobili ""Ford" markalı avtomobillə toqquşub. Güclü zərbədən "VAZ -21099"-un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.