Qucaqdan qucağa oturanların ünvanı olmur, Əkrəm Əylisli…!

16:58 / 02.04.2014

Əkrəm Əylisli...! Bu ad artıq bizlərə yaxın keçmişdən fərqli olaraq yazıçı, nasir, eks-millət vəkili deyə bir xatırlatmanı ifadə etmir. O sanki etallona çevrilib: Dözümsüzlüyün və satqınlığın etallonuna. Hətta inandırım sizi, bu gün real həyatda ən böyük şərəfsizlərin və qələt sahiblərinin üzərində aparılan mükalimələrdə belə eyni adı eşitmək olar: Misal üçün, “Əkrəm ondan daha artığını eləmişdi” Ya da” Bu Əkrəmin atasına rəhmət oxutdurdu”- deyə müqayisələrlə...

 Amma bütün hallarda qocalıq psixozundanmı yoxsa məhşurluq hərisliyindənmi - bilmirəm, Əylisli “Daş yuxular”ı yazdı. Həm də olub-keçən bütün Azərbaycan həqiqətlərini unudaraq, özü belə daş yuxusuna dalıb yazdı. Və nəhayət, bir millətin tarixini bu qədər ədəbi vəhşiliklə təhrif etdiyində həmin millətin söz daşqalağına uğrayacağını təxmin belə etmədən yazdı...
 
Əylisli həmin bədnam əsəri ərsəyə gətirdiyində həm də “Ziyalılar forumu”nun üzvü idi. Yəni ən azından öz aləmində Azərbaycan ziyalısını təmsil edirdi. Fəqət erməni ilə dostluğundan qürur duyduğunu utanmadan söyləyən və onların şərəfinə badə qaldıran İbrahimbəyovla bərabər təmsil edirdi. Və yəqin çoxları xatırlayar, o zaman vətəndaş cəmiyyətinin demək olar bütün üzvləri, eyni zamanda siyasilər, qeyri- siyasilər, hakimiyyətdəkilər, hətta bəzi müxalifilər belə məsələyə öz kəskin münasibətini bildirmişdi. Yalnızca “Ziyalılar forumu”nun üzvlərindən başqa. Daha doğrusu bir hərf səhvi və əksiyi ilə yaranan, yəni “ziyanlı” adlandırılacağı yerdə “ziyalı” adlandırılan forumun üzvlərindən başqa...
 
“Daş yuxular” bütünlükdə erməni tərifnaməsidir. Və həmin əsərin iyrənc qoxan abzasları,cümlələri qalsın bir yana, hətta hərflərindən belə Nobel işartısı və dissident obrazı boylanırdı. Ta əvvəldən. Oxucuya təqdim olunduğu gündən. Hansı ki, bunu zamanında söyləmişdik. Və buyurun: artıq Əylisli öz hədəflərinə doğru dırnaq içində də olsa inamlı addımlarla irəliləməkdədir. Hətta onu bir müddət keçəndən sonra Nobel namizədlərinin sırasında belə görə bilərik. Eynən təxmin etdiyimiz kimi...
 
13 nəfərdən ibarət heyət artıq haqqında danışdığım namizədliklə bağlı müraciət hazırlayıb. Və hətta həmin müraciəti Norveç Nobel Komitəsinə təqdim belə edib. Əsaslandırma devizi isə budur: “Azərbaycan və Ermənistan arasındakı düşmənçiliyin aradan qaldırılmasında göstərdiyi mərdliyə görə..”. Hər hansı bir çabaya, əməli fəaliyyətə, hətta lap fədakarlığa görə də yox, məhz mərdliyə görə... Bu yerdə isə artıq əlavə şərh vermədən yalnız bir cümləlik haşıyə çıxmaq məcburiyyətindəyəm: “Bir gün vətən satmağın mərdlik kimi tövsif olunacağını yəqin ki yalnız Əkrəmtək ədəbiyyat tülküləri hesablaya bilərdi. Ki, zamanı çatanda bu əsrarəngiz oyunun kombinasiyalarını çox mükəmməl bir formada qura bilsin. Və adamın üstündə Allah var, elə qurdu da...
 
Mövzu ilə bağlı diqqət cəlb edən digər önəmli məqam isə Əkrəm bəyin dünən öz namizədliyi haqqında verdiyi açıqlama idi. Həmin açıqlamadan bir neçə çıxarışı sizlərin də diqqətinə çatdırmaq istəyirəm: Əylisli deyir ki, hakim ideologiya mənim “Daş Yuxular” əsərimə qarışmasaydı daha yaxşı olardı. Çünki, ədəbiyyat ideologiya deyil, metaforadır. Sırf söz sənətidir.
 
Demək ki, bu adam hələ ideologiya anlayışının belə nə olduğunun fərqində deyil. Və ya onun fikrincə ideologiya deyilən zad ayaq tutub yeriyir, təbliğat aparır, hətta lazım olanda ayrı-seçkilik mövzularına belə rahatca müdaxilə eləyir. Yox əgər bu qatma-qarışıq açıqlamada söhbət hakimiyyət nümayəndələrindən gedibsə, o zaman Əkrəm bəy, sənin bilmən gərəkən çox ciddi nüanslar daha var:
 
Əvvəla hakimiyyəti xalq formalaşdırır. Və onun ideologiyası da həmin hakimiyyətin ən azından böyük bir qisminin timsalı deməkdir.
 
İkincisi, sənin “Daş Yuxu”larını qınayan bir tək hakimiyyət nümayəndələri olmayıb. Özünü dərk eliyən və Azərbaycan mənsubiyyətindən sayan hər bir insan olub. Bir tək Günel Mövlud sayağı özünə bənzəyən təkəm-seyrəklərdən savayı...
 
Sən mənsub olduğun ailənin, qohumlalrının, dostlarının yazarı olmamısan, Əkrəm bəy! Xalqın yazarı olmusan. Həm də rəsmən. Amma bir Nobel mükafatı üçün həmin yazarlığını da, yazdıqlarını da, bundan sonra yazacaqlarını da anındaca öz mundar xislətinin təpik altısı eləməyi bacarmısan! Yenə də kimsənin ağıl və xəyal belə edə bilmədiyi məqamda.. .
 
Erməniyə yazıq demisən, günahsız demisən, fağır demisən, təcavüzə məruz qalan demisən. O zaman sual edirəm sənə: 1 milyon qaçqın göydən yerə zənbilləmi düşüb? Yoxsa Qarabağı sənmi işğal eləmisən? Xocalıda yenicə dil açıb, ayaq tutub yeriyən körpələri diri-diri sənmi yandırmışan, ya da isməti ölümündən üstün olan Azərbaycan qadınlarını sıraya düzüb sənmi zorlamısan? Hə, Əkrəm bəy?! Bütün bu söylədiklərim bir “Nobel”ə dəyərdimi?
 
Deyirsən hər kəsə özümdə olan səmimiyyəti arzulayıram..Oysa, çox maraqlıdır: Vətən xaini, millət satqını, ədəbiyyat fahişəsi olmaq nə vaxtdan səmimiyyət olub, bəlkə deyəsən biz də bilək?
 
Səni bundan sonra hər hansı bir qurum, təşkilat, təsisat öz sıralarına qəbul edə bilər. Amma inan ki, öldüyündə bu torpaq qəbul etməyəcək. Bilirsənmi niyə? Çünki, o torpaqlarda həm də haqqına girdiyin insanların ruhu və cismi dolaşır!
 
Və son olaraq belə bir ifadə işlətmisən ki “mən ədəbiyyata ata-ana qucağından gəlməmişəm”. O zaman icazənlə elə mən də sənə son xatırlatmamı edim:“Detdom”da böyüyən uşaqların atası-anası olmadığı kimi qucaqdan qucağa oturanların da qucaq ünvanı olmur, Əkrəm bəy!
 
Ələlxüsus da son oturduğun qucağın özü belə bir başqa qucaqda oturubsa.../sia.az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM