TQDK-dan Strategiya.az-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müraciət edə bilərlər.
Müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplamış, 15 sentyabr 2016-cı ilə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.
Hərbi Tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.