Çünki birinci devalvasiyada qiymətlər sürətlə yüksəldiyi halda, ötən ilin sonu, cari ilin əvvəlində dollarla müqayisədə enmə müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, sentyabradək qiymətlər 1-2% enəcək. Sentyabr ayı üçün qiymətlərin indiki stabil həddindən 2% fərqiylə artım olacağı gözlənilir. Buna baxmayaraq güclü qiymət artımı proqnozlaşdırılmır.
Strategiya.az Region TV-yə istinadən xəbər verir ki, NBA Konsaltinq Şirkətinin regional bölməsinin rəhbəriMəsim Abadov bu barədə danışıb: "İpoteka və sosial evlərlə bağlı proqram işə düşərsə, ikinci əl mənzil bazarında qiymət artımı gözlənilir. Bazara yeni ucuz evlərin çıxarılması qiymətlərə təsir edəcək. Enmə müşahidə olunacaq. Çünki bu gün evə ehtiyacı olanlar sosial ipotekanı gözləyirlər. Böyük villalar tikənlər onsuz da bu işi icra edirlər".