IV ixtisas qrupu üzrə isə "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bu qrup üzrə 150-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak edəcək uşaqların sayı isə 3223 nəfərdir.
Ümumilikdə, I və IV qruplar üzrə 150-dən yuxarı bal toplayan 18 031 abituriyent ixtisas seçimində iştirak etmək imtahanı əldə edib.
“Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, "Kompüter elmləri" və "Geologiya" ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent iştirak edə bilər.