Tovuzda yanğın hadisəsi qeydə alınıb.
Strategiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin aynabəndində 30 kv.m sahədə ev əşyaları yanıb.
Yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.