“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edildi

09:20 / 30.07.2016

Qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Nazirlər Kabineti “Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Bu barədə qərarı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarda aşağıdakı dəyişikliklər edilib:

1. Adından “həcmi və” sözləri çıxarılsın.

2.1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. “Güzəştlərin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Güzəştlərin tətbiqi QAYDASI

Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət satınalmaları zamanı satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.9-cu və 44.2-ci maddələrinə əsasən güzəştli düzəlişin tətbiqi qaydasını müəyyən edir.

Satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edir.

Yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif olunan qiymətinin (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyən olunan digər xərclər nəzərə alınmaqla) 20 faizi həcmində qəbul edilir və həmin məbləğ xaricdən idxal olunan malların (işlərin və xidmətlərin) qiymətinin üzərinə əlavə olunur.

Malların yerli olması malın mənşə ölkəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq, tenderdə iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən verilən mənşə sənədi əsasında müəyyən edilir.

Dövlət satınalmalarında iştirak etmək istəyən yerli malgöndərən satınalan təşkilata təqdim etdiyi tender təklifinə malının yerli olmasını təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədini əlavə edir.

Aşağıdakı şərtlər birgə mövcud olduğu halda işlər yerli hesab olunur:

6.1. işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunması nəzərdə tutulduqda;

6.2. işlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda.

Xidmətlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda, xidmətlər yerli hesab olunur.
Dövlət satınalmalarında iştirak etmək istəyən yerli iş və xidmət təklif edən iddiaçı satınalan təşkilata təqdim etdiyi tender təklifinə işin və xidmətin yerli olmasını təsdiq edən aşağıdakı sənədləri əlavə edir:

8.1. işlərə münasibətdə istifadə olunacaq yerli malların mənşəyini təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədi;

8.2. işlərə və xidmətlərə münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;

8.3. işlərə münasibətdə bu Qaydanın 8.1-ci və 8.2-ci bəndlərində, xidmətlərə münasibətdə isə bu Qaydanın 8.2-ci bəndində nəzərdə tutulan halların müəyyən edilməsi üçün hesabat-kalkulyasiya sənədi.

Satınalan təşkilatda yaradılan tender komissiyası tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, mallara münasibətdə bu Qaydanın 4-cü hissəsində, işlərə və xidmətlərə münasibətdə isə bu Qaydanın 8-ci hissəsində nəzərdə tutulan sənədlərə və tender təklifinə (xidmət təklifinə) əlavə olunan sənədlərə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı və 44-cü maddələrinə uyğun olaraq baxır, imtina üçün əsaslar olmadıqda, güzəştli düzəlişi tətbiq edir və bu barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda qeydlər aparır.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə uyğun olaraq, güzəştli düzəliş satınalma prosedurları haqqında hesabatda əks etdirilir.
Güzəştli düzəlişin tətbiqindən aşağıdakı hallarda imtina edilir:

10.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, güzəştli düzəlişin tətbiqi üçün təqdim olunan sənədlərdə aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar olduqda;

10.2. mallar (işlər və xidmətlər) yerli olmadıqda.

Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda əsaslandırılmaqla qeydlər aparılır.

Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şikayət edilə bilər.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM