"Uşaq sevincdən elə hoppandı ki..." - 684 bal yığan abituriyentin nənəsi (VİDEO)

16:17 / 30.07.2016

 
"Gündə 5 saat oxuyurdum, 1 saat televizora baxırdım"



"Bəziləri deyir ki, telefondan heç istifadə etmədim. Yox. Telefonum var idi. Ancaq sosial şəbəkələrdən istifadə etmirdim. Yalnız mahnılara qulaq asırdım boş vaxtlarımda. Gündə 4-5 saat dərs oxuyurdum. 1 saat istirahət, 1 saat televizora baxırdım". 



Bu sözləri ali məktəbə imtahan verən yüzlərlə abituriyentdən biri olan Elvin Quliyev deyib. O, nə az, nə çox - 684 bal toplayıb.



TTV (Region TV) xəbər verir ki, qəhərmanımız bu nailiyyətin əsas səbəbini vaxt bölgüsünün düzgün aparılmasında görür. Onu maksimum nəticədən cəmi 2 sual ayırıb. Cavablandıra bilmədiyi suallar tarix və Azərbaycan dilindən olub: "Tarixdən olan sual, əslində, çox asan sual idi. Mexaniki bir səhv oldu. Heç vaxt yadımdan çıxmaz o sualın cavabını səhv verməyim".



Dərsləri ilə ciddi məşğul olan Elvinin valideyinləri də ondan bu nəticəni gözləyirdilər. Deyirlər ki, o, bu nəticəni əldə etmək üçün gecə-gündüz çalışıb.



Elvinin nənəsi Solmaz Qasımova olduqca sevincli olduqlarını dilə gətirib: "Bu sevinci sözlə demək mümkün deyil. Necə sevindik onu bir Allah bilir, bir biz. Bu sevinci bütün valideynlərə arzu edirəm".



Qəhramanımızın digər nənəsi Gülluzar Quliyeva isə "Axşam saat 5 idi. Televizora baxırdıq. Dedi ki, ay nənə, cavablarımız indi çıxacaq. Bir də gördüm ki, uşaq sevincdən ordan bəri elə hoppandı ki. Dedi ki, mən 684 bal toplamışam".



Elvinin yüksək balla ali məktəbə qəbul olmasına valideyinləri qədər müəllimləri də sevinib. Çünki onların da bu nailiyyətdə az əməyi olmayıb.



İbtidai sinif müəlliməsi Aidə İbrahimova, şagirdinin bu nəticəsinə çox sevindiyini bildirib: "Elvin elə birinci sinifə daxil olandan 4-cü sinifə qədər müəlliməsi mən olmuşam. Uşaqlardan, yoldaşlarından çox fərqlənirdi. Həmişə istəyirdi ki, onlardan irəli çıxsın. Fərqli nəsə bir şey eləsin. Oxumağı, yazmağı, bir sözlə hər bir şeyi ilə seçilirdi".



Digər müəllimlərin sözlərinə görə, o, yaşından böyük düşüncəyə sahib olub: "3-cü qrupa imtahan verəcəyi haqqında qərara gəlmişdi. Müəllimləri və şagirdlərlə söhbətdə o, artıq özünü həmin qrupun tələbəsi kimi göstərirdi. 700 bal gözləyirdik. Yeniyetmə olsa belə, qeyri-səmimiliyi sevən uşaq deyildi".



Kiçik yaşlarından hüquqşunas olmağı arzulayan Elvin indi ixtisas seçimi mərhələsindədir. O, təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində davam etdirmək niyyətindədir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM