ANAMA-dan Strategiya.az-a verilən məlumata görə, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.
Tərtər rayonu Şıxarx kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.
31 İyul tarixində 1 otlaq və 2 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş, nəticə etibarilə 14 000 kv.m ərazi yoxlanılmışdır.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 31 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 468 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.