Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 31-də Beyləqan şəhərində yaşayan Qəhrəman Qəhrəmanov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən çənə nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.