Jirinovski: Tüpürüm Ermənistana

23:09 / 01.08.2016

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski life.ru kanalına sensasion müsahibə verib. 

Strtategiya.az Virtualaz.org-a istinadən həmin müsahibədən seçmələri təqdim edir:

Türkiyə hadisələri haqda:

V.Jirinovski: Bizə Türkiyə ilə sərhəd sərfəlidir. 70 milyon əhalisi olan müttəfiq ölkə bizə lazımdır. Bizə düşmən, NATO üzvü Türkiyə lazım deyil, o, bizə bütün Qara dənizi bağlayar.

Aparıcı: Axı onlar NATO-dan çıxmayacaqlar.

V.Jirinovski: Mən sizi əmin edirəm, 5-10 il sonra biz cənubda yeni dövlət yaradacağıq-Rusiya, Türkiyə, İran, Suriya, İraq. O vaxt orada sülh olacaq. Bu ittifaq Rusiya, Ukrayna və Belarusdan daha yaxşı olacaq. Budur sizə qardaş slavyanlar, slavyanların və pravoslavların arasında satqın daha çoxdur. Hamısı satqındır. Onlar isə sadiq olacaq, çünki biz onların təhlükəsizliyini təmin edəcəyik. Bu, böyük ittifaq olacaq!

Amerika seçkiləri haqda:

V.Jirinovski: Tramp, Hillari - bütün Amerikaya tüpürüm. Biz ayrı yaşayırıq və onlar bizi qətiyyən maraqlandırmır. Orada kimi prezident seçəcəklərsə Barak Obamanın etdiyini edəcək. Barak Obama isə Buşun elədiyini elədi. Buş isə Klintonun elədiyini. ABŞ-da prezidentlər heç bir rol oynamırlar, necə ki bizdə əvvəllər baş katiblər var idi. Ona görə də biz neytral mövqe tutmalıyıq, əks halda onlara mane olarıq. Amerikada Rusiyanı sevmirlər.

Ermənistandakı hadisələr haqda:

Aparıcı: Vladimir Volfoviç, Amerika uzaqdır, Ermənistan isə yaxındır. Ermənistanda baş verənləri xarakterizə edin...

V.Jirinovski: Tüpürüm Ermənistana...

Aparıcı: Nə danışırsız?

V.Jirinovski: Olimpiya oyunlarına da tüpürüm. Başa düşürsünüz, milyonlarla bizim adamlar bu Olimpiya oyunları və hansısa dopinqlə heç maraqlanmır da.

Aparıcı: Bəs bizi alçaldırlar, bununla da maraqlanmırlar?

V.Jirinovski: İnsanlar özləri dopinq almaq istəyir, geniş mənada, çünki yaşamaq çətindir.

Aparıcı: Razıyam.

V.Jirinovski: İnsanların özünə ola bilsin dopinq lazım gələcək. Ermənistan əhalisinə də? Orada müntəzəm olaraq çıxışlar olacaq. Balaca ölkədir, dağlıq ölkədir, dağların arasında, Türkiyə və Azərbaycanın arasında sıxışıb, heç bir perspektiv, heç bir iqtisadiyyat yoxdur. Orada artıq bir milyon erməni qalıb. Dünyada isə cəmi 6 milyondurlar. Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, Ştatlar-hər yerdə gəzirlər. Orada yaşamağa yer yoxdur-dağlardır. Təbii ki, orada müxtəlif qruplaşmalar bir-birinə qarşı nəsə edəcək.

Aparıcı: Yaxşı, axı orada bizim baza dayanır, o, bizim strateji tərəfdarımızdır, yəni strateji müttəfiqə necə tüpürmək olar?

V.Jirinovski: Siz Allah bəsdirin! Bax budur, bizə tüpürəcəklər-bazamızı götürəcəyik. Diz çöküb yalvaracaqlar ki, bazanı qaytaraq. Bu baza onların xilasıdır, əks halda iki tərəfdən türklərlə azərbaycanlılar onları yer üzündən siləcək. Ona görə də Ermənistan haqda narahat olmağa dəyməz. Onlar bizdən heç yana qaçan deyil, çünki bu halda onların sonu çatacaq, tam sonu çatacaq.

Azərbaycanlılar dərhal Qarabağı götürəcəklər, türklər kömək edəcək. Üç yüz il əvvəl erməniləri II Yekatrina xilas edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM