Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindəın Strategiya.az-a verilən məlumata görə, avqustun 1-də Binəqədi rayonunun Fatmayi qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov tutulublar.