Ceyranbatan qəsəbəsində yerləşən peşə liseyinə rəhbərlik etmiş, hazırda isə 12 saylı Bakı Peşə Liseyinin direktoru olan Eynulla Qasımovun əməllərindən, onun yol verdiyi ciddi nöqsanlardan Gunxeber.com-a məlumat daxil olub. Məlumatda qeyd olunur ki, adıçəkilən təhsil müəssisəsində tələbələrdən müxtəlif bəhanələrlə pul yığılır, sinif jurnalları müəllimələrə baha qiymətə satılır, müəllimlər isə öz növbəsində, məcburiyyət qarşısında qalıb jurnalın pulunu tələbələrdən çıxarırlar.
12 saylı Bakı Peşə Liseyində az qala anarxiyanın hökm sürdüyünü vurğulayan məlumatlı şəxsin iddiasına görə, təhsil ocağında maraqların təmin olunması əsas meyarlardan birinə çevrilib: «Bu gün Eynulla Qasımovun rəhbərlik etdiyi peşə liseyində bir çox tələbələrin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmir, bunun əvəzində isə rəhbərliyin «tələb»lərini nöqtə vergülünə kimi icra edirlər. Dərsdə iştirak etməyən tələbələrin hər biri bir ay üçün 80-100 manat civarında xərcə düşməlidirlər. Əks halda, onların liseydə təhsil almaları çətin və müşkül məsələyə çevrilə bilər. Məhz elə buna görə də 12 saylı Bakı Peşə Liseyində təhsil alan şəxslərin bir çoxu irəli sürülən «şərt»lərlə razılaşmaq məcburiyyətində qalırlar». Adıçəkilən peşə liseyində imtahanların keçirilməsi zamanı bir sıra özbaşınalıqlara imza atıldığını deyən məlumatlı şəxs bildirir ki, imtahanlarda uğursuzluğa düçar olan tələbələr hər kəsiri «düzəltmək», yaranmış problemi aradan qaldırmaq üçün təxminən, 50-100 manat ödəməlidir: «Əgər Təhsil Nazirliyi, eləcə də digər müvafiq dövlət orqanları bircə dəfə 12 saylı Bakı Peşə Liseyində obyektiv araşdırma aparsalar, o zaman məlum olacaq ki, Eynulla Qasımovun bir sıra əməlləri nəticəsində sözügedən peşə liseyində təhsildən əsər-əlamət belə qalmayıb. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri təşkilat, müəssisə, idarə və şirkət rəhbərləri tərəfindən qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür. Çünki o, işinin öhdəsindən layiqincə gəlməyi bacarmadığı, liseydə hərc-mərcliyi yığışdıra bilmədiyi və ya məqsədli şəkildə yığışdırmadığı üçün məzunların böyük əksəriyyəti işsiz, küçələrdə veyil-veyil gəzirlər».
E. Qasımovun uzun müddətdir ki, 12 saylı Bakı Peşə Liseyində yol verilən özbaşnalıqları və qanun pozuntularını Təhsil Nazirliyinin diqqətindən məharətlə yayındırmağı bacardığını qeyd edən mənbənin iddiasına görə, bir sıra «vacib mərhələ»ləri keçdikdən sonra adıçəkilən liseyə qeyri- qanuni tələbə qəbulu həyata keçirilir: «Eynulla Qasımov bunu əsasən özünə yaxın bildiyi şəxslər vasitəsilə reallaşdırır. Və sonda əldə olunmuş «qənimət» 60-ın 40-a prinsipilə bölüşdürülür. Söz yox ki, bütün bunlar ümumilikdə ölkənin təhsil sisteminə, eyni zamanda hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə mənfi təsir göstərir».
Məlumatlı şəxs E. Qasımovun Ceyranbatan qəsəbəsində yerləşən peşə liseyinin direktoru olduğu dönəmlərdə yol verdiyi ciddi nöqsanlardan danışarkən bildirdi ki, o, adıçəkilən təhsil müəssisəsinə təyinat aldıqdan bir müddət sonra liseyin əvvəlki direktorunu və digər rəhbər şəxsləri həbs etdirəcəyilə hədələyib: «Əslən Sabirabad rayonundan olan Eynulla Qasımov Ceyranbatan peşə liseyinə rəhbərlik etdikdən bir qədər sonra liseyin ondan öncəki direktorundan, müavinlərdən, eləcə də mühasibdən pul yığıb və bildirib ki, əgər onun dediklərinə əməl olunmasa, o zaman onları tutduracaq. Odur ki, liseyin əvvəlki direktoru, müavinlər və mühasib məcburiyyət qarşısında qalıb Eynulla Qasımovun istəklərini reallaşdırıblar…»
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM