Strategiya.az bildirir ki, bunu Trend-ə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Diplomatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdiriməsi tərəfdarıdır.
C.Uorlik həmçinin qeyd edib ki, həmsədrlər iki ölkə rəhbərinin növbəti görüşünün təşkil edilməsi imkanını öyrənirlər.
Amerikalı həmsədr bildirib: "Hazırda regiona səfərimizlə bağlı müəyyən bir plan yoxdur. Lakin prezidentlərin növbəti görüşünün hazırlanması üçün daim tərəflərlə təmasdayıq".