Dr. Akkan SUVER,
Mərmərə Qrupu Vəqfinin başçısı
Azərbaycanlı siyasət və elm adamı, dostum, professor Dr. Əli Həsənov Cənubi Qafqaz və Azərbaycanla bağlı düşüncə və fikirlərini, elmi araşdırma və qənaətlərini geosiyasət, neft siyasəti və təhlükəsizlik siyasəti olaraq üç cildlik toplu halında ərsəyə gətirərək Türkiyə oxucularına təqdim etmişdir.
Professor Ə.Həsənovun Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzələrinin geoiqtisadi və geostrateji vəziyyətini müqayisəli şəkildə tədqiq etdiyi bu fundamental əsər Azərbaycanın yerləşdiyi regionla paralel, həm də beynəlxalq miqyasda əldə etdiyi səviyyəni, çatdığı dəyər və hədəfləri ortaya qoymaqdadır. Bu tədqiqat araşdırmaçılar üçün olduğu qədər də beynəlxalq münasibətlər və diplomatiya ilə peşəkar səviyyədə məşğul olan mütəxəssislərə də bir masaüstü kitab səciyyəsi daşıyır.
Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri, eləcə də iki ölkənin beynəlxalq arenada sərgilədiyi ortaq mövqe və davranışın əhəmiyyətini konkret nümunələrlə qabardan tədqiqatın birinci cildində Heydər Əliyevin "Türkiyə hər nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaqdır. Azərbaycan üçün Türkiyə ən yaxın dost, qardaş və müttəfiq ölkədir", – kəlamından yola çıxan müəllif sahib olduğumuz strateji tərəfdaşlıq və müttəfiqliyin bariz və səmərəli nəticəsi kimi bu günə qədər ortaya qoyulmuş müxtəlif layihələrdən bəhs edir.
Yenə də birinci cilddə Ermənistanın sərgilədiyi və sərgiləməkdə israr etdiyi qeyri-konstruktiv mövqe geniş təhlil olunur. Avrasiya coğrafiyasına mənsub ölkələrin Rusiya Federasiyası ilə mövcud əlaqələrini və yaxın perspektivdə meydana çıxacağı şübhə doğurmayan "strateji qlobal məkanda" sahiblənəcəkləri rolları da diqqətdən qaçırmayan Əli Həsənov Bjezinskinin məşhur "Müstəqil bir Ukraynanın ortaya çıxması XX əsrin üç ən əhəmiyyətli geosiyasi nəticəsindən biridir", – ifadəsinə söykənərək Ukrayna-Rusiya, Ukrayna-Azərbaycan və Ukrayna-AB əlaqələrinin detallarını peşəkar bir siyasətçi həssaslığı və alim təfəkkürü ilə təhlil etmişdir. Əsərdə 2000-ci ildə Süleyman Dəmirəlin Ukraynanın regional təhlükəsizlik sisteminin təşəkkülünə verə biləcəyi töhfə ilə bağlı təklifləri xatırlanır, bu ölkənin müstəqilliyinin bütövlükdə bölgə coğragiyasında sabitlik faktoruna göstərə biləcəyi müsbət təsirdən bəhs edilir.
Müəllif Azərbaycanla Gürcüstan arasındakı mövcud geosiyasi tərəfdaşlığın formalaşmasının tarixçəsinə təmas edərkən -- "Bu gün Gürcüstanın hərbi təhlükəsizliyi daha çox Azərbaycan, Türkiyə və NATO-nun Cənubi Qafqazda təsirli geostrateji mövqeyə sahib olmalarına və Rusiya-Ermənistan blokuna qarşı ortaya tarazlı qüvvə qoya bilmələrinə bağlıdır" -- mühakiməsini də irəli sürməyi unutmur.
İkinci kitabda professor Əli Həsənov, öncə rus politoloqu Aleksandr Duginin yeni avrasiyaçılıqla bağlı düşüncələrini təhlil edərək, bəzi pinsipial məqamlarla əlaqədar fərqli və deyək ki, daha konstruktiv qənaətlərini təqdim edir. Daha sonra Azərbaycanın sahib olduğu təbii qaz və neft ehtiyatlarının əhəmiyyətinə diqqət çəkərək Prezident İlham Əliyevin bu mövzuda baxış və fəaliyyətinə xüsusi yer ayırır: "Bir zamanlar mətbuat məqsədyönlü şəkildə ictimai fikirdə Azərbaycanda dünyanın diqqətini özünə cəlb edəcək qədər neftin olmadığına, BTC layihəsinin əsla reallaşmayacağına yönəlik yanlış rəy formalaşdırmağa çalışırdı. Lakin zaman, bu iddiaların əsassız olduğunu sübut etdi. BTC-nin tikintisi sırasında Azərbaycanın illik neft hasilatı 15-16 milyon ton idi. Halbuki günümüzdə həmin rəqəm 50 milyon tonun üzərindədir. Eyni fikirlər təbii qaz ehtiyatları ilə bağlı da keçərlidir. Bir sıra xarici mənbələrin iddialarına rəğmən günümüzdə Azərbaycan ildə 30 milyard kubmetr təbii qaz istehsal edərək bölgənin başlıca təbii qaz ixracatçılarından birinə çevrilmişdir".
Xəzər dənizinin hüquqi statusunun əhəmiyyətini gündəmə gətirən Əli Həsənov Xəzərsahili ölkələrin qeyri-konstruktiv yanaşmasını açıqlamaqla qalmır, Azərbaycanın mövcud problemlə bağlı birmənalı və qətiyyətli, eləcə də beynəlxalq hüquq normaları ilə təsbit edilmiş mövqeyini vurğulayır: "1921 və 1940-cı illərdə imzalanmış SSRİ – İran müqavilələri, bu gün bir sıra dairələrin də iddia etdiyi kimi, Xəzər dənizinin statusu məsələsini dalana dirəmir, əksinə, vəziyyətə daha çox açıqlıq və şəffaflıq gətirir. Belə ki İran, SSRİ dönəmində olduğu kimi Xəzər dənizində 14 faizlik paya malikdir və köhnə sərhədlər hələ də etibarlıdır. SSRİ-dən qopan 4 yeni ölkənin milli sektorları və dəniz sərhədlərinə gəlincə, bu mövzuda SSRİ hüdudlarını əhatə edən bir razılaşma imzalanmış və Xəzərin 86 faizlık hissəsi dənizin orta xətti təməl qəbul edilməklə dörd milli sektora ayrılmışdır. SSRİ-nin varisi olan Rusiya Federasiyası bu ölkənin öhdəliklərini üzərinə götürdüyünə görə adıçəkilən müqavilənin tələblərinin icrası da onun üzərinə düşür. Azərbaycanın öz milli sektorunda istədiyi kimi fəaliyyət göstərməsi həmin hüquqi təməllərə söykənməkdədir. Adıçəkilən fəaliyyət nə beynəlxalq hüquqa, nə də Xəzərsahili ölkələrin öz aralarında bağladıqları razılaşmalara ziddir".
Enerji qaynaqlarının Xəzərdən Avropaya çatdırılması istiqamətində həyata keçirilən və perspektiv üçün nəzərdə tutulan layihələri XXI əsrin layihələri kimi səciyyələndirən professor Ə.Həsənov deyir:"Xəzər hövzəsinin təbii qaz ehtiyatlarının ən az 100 ili əhatə edən bir müddətdə dünya bazarlarına çatdırılması hədəfimizdir".
Növbəti kitabda Azərbaycanın təhlükəsizlik siyasətini tədqiq edən Əli Həsənov ölkənin xarici siyasət strategiyasını və həmin nəzəri mənbəyə istinad edən səmərəli fəaliyyəti maddi və qeyri-maddi ehtiyatlar başlığı altında akademik bir sıralama ilə izah edir. Rəsmi Moskva, Vaşinqton, Brüssel, Ankara və Tehranın Cənubi Qafqazdakı mövqelərini, hərbi və strateji prioritetlərini dəyərləndirən müəllif bu fikirdədir ki, etnik separatizm və torpaq iddialarından irəli gələn qarşıdurmalara son verilməsinə, bölgə ölkələrinin sülh mühitində əlverişli qonşuluq əlaqələrini davam etdirmələrinə, suveren dövlət hüquqlarının qorunmasını təmin edən konkret təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə, Xəzərin enerji ehtiyatlarının daşınmasında istifadə olunan kommunikasiya xətlərinin təhlükəsizliyinin təminatına istiqamətlənmiş rasional və konstruktiv siyasi xətt yeridilməlidir.
Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin bölgənin başlıca təhlükəsizlik problemi olduğunu bütün həqiqəti ilə ortaya qoyan professor
Ə. Həsənov Azərbaycanın təhlükəsizlik siyasətinin əsas məqsəd və vəzifələrini sıralayarkən Ermənistanın Rusiyadan gördüyü dəstəyi Rusiyanın maraqlarına uyğun bir ittifaq kimi qiymətləndirir.
Beləliklə, regional strategiyanı akademik kontekstdən çıxmadan son dərəcə əlçatan, dərkedilən bir üslubda bizlərə qazandıran, Cənubi Qafqazın dünənini və bugününü anladan, gələcəyini şərh edən bu fundamental tədqiqat əsəri idrakımıza yeni üfüqlər qazandıracaqdır.
"NOT – Ötüken Yayınevi" tərəfindən təqdim olunan üçcildliyi türkcəmizə qazandıran Azad Ağaoğlu ilə Fuad Şəmmədova ayrıca təşəkkür edirəm.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM