Rayonun Muxtariyyə kənd sakini, 1970-ci il təvəllüdlü Saməddin Namazov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Namazovun toy mərasimində yaranan mübahisə zəminində bıçaqlandığı bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.