Sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar avqustun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) respublika həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
Strategiya.az xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan Konstitusiyasına sonuncu dəyişikliyin 2009-cu ildə edildiyini vurğulayıb. Sonuncu dəyişiklikdən ötən yeddi ildə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən S.Mehbalıyev əldə olunan uğurların Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyduğunu bildirib. Konstitusiyaya dəyişikliklə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Referendum Aktı layihəsi ilə çıxış etdiyini deyən AHİK sədri həmin sənəddə Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsinin, 6 yeni maddənin əlavə olunmasının nəzərdə tutulduğunu söyləyib.
S.Mehbalıyev bildirib ki, referendumla bağlı təşviqat qrupunun yaradılması məqsədilə ictimai birliklər və təşkilatlar yığıncaqlar keçirib, öz nümayəndələrini müəyyən ediblər. Bugünkü yığıncağa AHİK və 24 QHT-ni təmsil edən 401 nümayəndə qatılıb.
Yığıncağın keçirilməsi üçün yetərsay müəyyən olunduqdan sonra sədr və katib seçilib, gündəlik səsə qoyularaq təsdiq edilib.
Sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlətimizin başçısının təşəbbüsü ilə irəli sürülən Referendum Aktı layihəsinə Konstitusiya Məhkəməsi tərəfindən rəy verildiyini deyib. O, əsası ulu öndər Heydər Əliyevin qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyevin uğurla həyata keçirməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sürətli inkişafı üçün əlverişli şəraitin yaradıldığını deyib, bu istiqamətdə görülən işlərdən danışıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Referendum Aktı layihəsində dövlətçiliyin möhkəmləndirilməsi, seçkili orqanlara seçilmək üçün yaş həddinin götürülməsi, habelə Silahlı Qüvvələrimiz ilə bağlı müddəaların əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar həmrəyliyi mövcuddur. Azərbaycan cəmiyyəti, o cümlədən veteranlar, gənclər, qaçqın və məcburi köçkünlər və digər təbəqədən olan insanlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər. Bildirilib ki, Azərbaycan vətəndaşları referendumda fəal iştirak edəcəklər.
Çıxışlardan sonra gündəlikdə duran məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində referendum üzrə 25 nəfərlik tərkibdə “Vətəndaş cəmiyyəti” adlı təşəbbüs qrupu yaradılıb. Qrupun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə referendumla bağlı qrupun adından çıxış etmək üçün notarial qaydada vəkalətnamə verilməsi məsələsi də təsdiqlənib. “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinə eyni adlı təşviqat qrupunda səlahiyyətli nümayəndəlik hüququ verilməsi barədə qərar qəbul edilib.
Sonda “Vətəndaş cəmiyyəti” adlı təşəbbüs qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət göndərilməsi qərara alınıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM