DEVRİMÇİ QADIN

11:42 / 04.04.2014

Viktoriya Nulandın adı Ukrayna hadisələrindən sonra keçmiş sovet məkanında xof və böyük maraqla dolaşmağa başladı. Məsələ təkcə Maydan inqilabçılarını Departamentdən instruktaj etməkdə deyildi,çünki ona qədər bu işi avropalı emissarlar çox ustalıqla həyata keçirirdilər.Xanim diplomat kişi siyasilərin leksionundan daha kəskin bir dillə Qərbin bir çox dairələrini cəhənnəmə yola salır və Ukraynanın gələcək iqtidarının komanda tərkibinə dair son direktivlərini bəyan edirdi.O,bunu elə bir zəhm və arxayınlıqla həyat keçirmişdi ki,sonralar Nulandın rus kəşfıyyatı tərəfindən ictimailəşən konspirativ tapşırıqları bir tərəfdə qalmışdı,hamı onun köməkçisi olduğu dövlət katibindən də daha irəliyə gedən cəsarətinə heyrət etməli olmuşdu.

İndi tam məsuliyyətlə demək olar ki,keçmiş sovet məkanında bu qadının qeyri-rəsmi kultu və ya kabusu dolaşmaqdadır. Əcəba,Nulandın növbəti söyüşünün ünvanı kim olacaq?Axı bu sadəcə rusun Ana kəlməsi üzərində qurduğu “milli dil”dən daha böyük mənaya və nəticəyə malikdir.Gələcəkdə ortadan götürülən başqa dövlət başçısının “yağlı mükafat”la yola salınması az qala “Karfagen dağılmalıdır” tarixi hökmünü verən sərkərdələrin deyib-etdiklərinə bənzəyir.

Bu fikri gücləndirən onlarla arqument sırasına erməni politoloq Jirayr Libaridyanın açıqlamaları da az təsir göstərməyib.Etiraf etmək lazımdır ki,sözügedən şəxs dövlət idarəetmə təcrübəsinə və malik olduğu məxfi informasiya kütləsinə görə ciddi bir simada qəbul edilir.O,bu günlərdə “siyasi təyyarədən Nuland tərəfindən salınan 1-ci şəxs Levon ter Petrosyan olub” deməklə Yanukoviçin devrilməsindəki xarici amilləri daha da gücləndirib,üstəlik,belə fikrə diqqəti çəkib ki,Ermənistanda keçmiş hakimiyyətin əleyhinə qurulan xalq etirazları təbii proses olmaqdan daha çox Amerikanın o vaxtkı səfiri Piter Tomsonun müxalif partiya rəhbərlərinə bilavasitə başçılıq etməsi və Ağ Evin o dövrdəki Qafqaz siyasəti ilə əlaqədar olub.
Gəlin əvvəlcə aydınlaşdıraq ki,Viktoriya Nulandın müəmmalı personası və ya siyasi tərcümeyi-halı harada formalaşıb,o, permanent hökumət dəyişilikləri bacarığına hansı məkanlarda topladığı təcrübə ilə yiyələnib?

SSRİ dağılandan sonrakı 25 il ərzində xanım diplomat əvvəlcə Moskvada səfirlikdə çalışıb və az keçmiş bu region üzrə o zamanlar Birləşmiş Ştataların əsas strategiyasını yönləndirən Strob Talbotun komandasında yer alıb.Etibarlı məlumatlara görə O,əsli nəcabəti ilə Rusiya imperiyasının şinelindən çıxan mühacirlərə mənsubdur və cavabdehlik daşıdığı geniş məkana az qala genetik və ruhi bir yaxınlıqla bələddir.NATO kimi mühüm bir qurumun hansı formatda Rusiya ilə münasibət qurması məsələsi 90-cı illərdə aktuallaşanda daha yeni Marşal doktrinası hazırlamağa ehtiyac qalmadı və Nulandın zəkasının məhsulu olan birgə Şura meydana çıxdı.

Bəs Libaridyanın iddiası nə ilə bağlıdır?Bu hər beynəlxalq tendensiyadan bəhrələnmək xislətinə sahib olan erməniçilikdən irəli gələn bir siyasi gedişdir,yoxsa həqiqətən də o illər Cənubi Qafqazda qurulan arxitektura 90-cı illərin liderlərini istefaya göndərməyi tələb etdiyindən keçmiş erməni prezident də narıncı inqilabın ilk qurbanlarından olub?

Xüsusi qeyd etməyə dəyər ki,Petrosyan Rusiya maraqlarına tam cavab verən bir xətti izləyirdi və təsadüfi deyil ki,ona görə də şimal qonşumuzun hərtərəfli himayəsi altında idi.Lakin O,bir alim kimi dərk edirdi ki,müharibəni hərbi cəhətdən udsa da daxili sosial-iqtisadi böhran onun iqtidarını sarsıdır və beynəlxalq təzyiqləri artırır.Üstəlik,Dağlıq Qarabağın coğrafi cəhətdən ələ keçirilməsi avtomatik olaraq onu siyasi və hüquqi baxımdan rəsmiləşdirməyə imkan vermirdi.Belə bir vaxtda güzəştlər qaçılmaz olsa da Qərb ağıllı,lakin gücsüz və resurslarını xeyli tükətmiş birinə deyil,tamam başqa bir fiqura üstünlük verməyə başlamışdı.

Libaridyan iddia edir ki,erməni hakimiyyəti içində Qarabağ məsələsinə görə dərin parçalanma mövcud olduğundan Baş nazir Koçaryanın personası gələcək dövr üçün çoxları tərəfindən nəzərdən keçirilməyə başlamışdı.Lakin belə çıxır ki,sonralar güllə-baran edilən yüksək çinli erməni dövlət xadimləri Qərbin güzəşt planını yerinə yetirdiklərinə görə rəsmi Moskva tərəfindən cəzalandırılıblar.Axı Petrosyana-hələ sovetlər zamanında “Qarabağ” Komitəsinə daxil olan və birinci savaşı qazanan liderə məxsus olan tarixi kəlam heç kəsin yadından çıxmayıb.O,demişdi ki,indi imtina etdiyimiz şərtləri vaxt gələcək ki,yalvarıb geri qaytara bilməyəcəyik.Bu sözlə də O,öz siyasi qəbrini qazmışdı.

Başqa tərəfdən Rusiyaya sərfəli fiqur Amerikanın arzulamadığı birisi olmalıydı.Məntiqlə axı Petrosyan nədə Qərbə sərf etmirdi ki, onu Yanukoviçin indiki taleyi ilə prezidentlikdən yola salmışdılar?Mülahizə yürüdərkən Ermənistana “Azadlığa dəstək aktı” çərçivəsində edilən yardımları da nəzərə almaq lazımdır.Belə bir mənzərə-həm Rusiyanın,həm də Birləşmiş Ştatların eyni vaxtda milli azadlıq hərəkatı liderini siyasi səhnədən uzaqlaşdırmaq planı bəlkə razılaşdırılmış oyunun tərkib hissəsi olub?

Libaridyan qeyd edir ki,o vaxtlar Qərb regionu təhlil etməyə dərin zəka sahibləri tapmırdı və Nuland buradakı zəif araşdırmaçı kəşfiyyatçıların fitvası ilə hərəkət etməyə məcbur olub.Guya elə bir şəxs siyasi olimpə qaldırılmalı idi ki,Amerikaya borclu olsun və onu idarə edə bilsinlər.

Bütün hallarda belə bir qənaət hasil olur ki,Rusiyadan qoparılmağa çalışan dövlətlərin hamısında inqilabi ssenarilər işə salınıb və sosial konfliktlər stimullaşdırılıb,müxalif zümrəyə maddi yardımlar göstərilib.Əgər elədirsə,Koçaryanın gəlişindən Birləşmiş Ştatlar nə qazandı?

Bir sözlə,xanım Nuland yenə də iş başındadır.Onun triumfu və ya məğlubiyyəti hələ ki,Amerikanın deyil,Ukrayna və digər ölkələrin taleyində özünü qabarıq göstərir.Bir aforizmdə deyildiyi kimi,azadlıq ağacı zaman-zaman vətənpərvərlərin və tiranların qanı ilə suvarılmalıdır ki,yaxşı boy atsın və bəhrəsini versin.O,hansı barı gətirəcək,bax bu artıq ikinci söhbətdir!

Milli Məclisin deputatı,
Zahid Oruc

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM