Filmdə ABŞ-da yaşayan Fətullah Gülənin və Birləşmiş Ştatların çevrilişin təşkilindəki tolundan danışılır.
“Katexon” analitik mərkəzinin təsisçisi Konstantin Malofeyev 2015-ci ilin dekabrında Moskvada Türkiyə ordusunun yüksək rütbəli zabitləri ilə aparılmış gizli danışıqların üstünü açır. Generallar Rusiya tərəfinə bildirmişdilər ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin bombardmançısı Türkiyə Silahlı Qüvvələrinin daxilindəki sui-qəsd planı çərçivəsində vurulub.
Öz növbəsində, Aleksandr Dugin filmdə Türkiyəyə məxfi səfəri barədə danışır. 2016-cı ilin mart ayında Dugin Türkiyənin siyasi rəhbərliyinin dəvəti ilə Ankaraya yollanır. Türkiyə siyasətçiləri Rusiya ilə barışığın yollarını axtarırdılar və o zaman ilk dəfə bildirmişdilər ki, Rusiya-Türkiyə böhranına səbəb MKİ-nin (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) və Fətullah Gülənin dəstəsinin xüsusi əməliyyatı olub.
“Ankara meri gülənçilərin məhv edilməyə namizədlərinin siyahısında 10-cu idi. Birinci Ərdoğan özü idi. Ümumiyyətlə. Ərdoğanın yanında olan və Rusiyaya qarşı fikirlərini müsbətə doğru dəyişmiş insanlar hamısı öldürülməli idi. Bütün bunlar Amerika tərəfdarı olan müttəfiqlərə sərfəli idi”, - Dugin deyir.
Filmdə həmçinin qeyd olunur ki, Türkiyə prezidenti Ərdoğan üsyana bir neçə saat qalmış xəbərdar olunmuşdu və buna görə də, ölümdən qaça bilmişdi. Bildirildiyinə görə, bu məlumatı Ankaraya Suriyadakı Xmeymim bazasında dislokasiya olunmuş Rusiya hərbçiləri ötürmüşdülər.
Duginin sözlərinə görə, üsyan vaxtı o, İstanbul hava limanında olub və artıq həyatı ilə vidalaşmağa hazır idi. Ona elə gəlirmiş ki, üsyançılar artıq öz məqsədlərinə çatıblar. Duginin xüsusi missiya ilə Türkiyədə olmasını həm türkiyəli hərbçilər, həm də Amerika xüsusi xidmət orqanları bilirdilər.
Filmin bütün məğzi ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğanı onun Qərb müttəfiqləri satıblar. Telekanalın məlumatına görə, Vaşinqton üsyanın hazırlanmasına 2 milyard dollar vəsait xərcləyib. İndi isə Türkiyə prezidenti nəticə çıxarmalı və Moskva ilə yaxınlaşmalıdır.
Maraqlıdır ki, film Türkiyə prezidentinin Moskva səfərinə 1 gün qalmış efirə gedib.